Tennisçilərimiz qələbə seriyasına başlayıblar

09.10.2018 11:37
279
Tennisçilərimiz qələbə seriyasına başlayıblar

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunları davam edir. İlk günü yığmamız üçün uğurlu olan Oyunların üçüncü günü tennisçilərimiz üçün uğurlu keçib.


Belə ki, stolüstü tennis üzrə yarışlarda ölkəmizi təmsil edən Cinq Ninq qrup mərhələsinin startında üzləşdiyi məğlubiyyətdən sonra dalbadal iki qələbə qazanıb. Onun həmkarı Yu Xinxanq isə məğlubiyyətin ardından ilk qələbəsini əldə edib. İdman gimnastikası üzrə yarışlarda iştirak edən həmyerlimiz Səməd Məmmədli isə nümayiş etdirdiyi 4 növçülükdə hakimlərdən 9.933 bal ala bilib ki, bu da ona yalnız 34-cü olmaq imkanı verib.


Xatırladaq ki, Oyunların ilk igünü 17 idmaçıdan ibarət Azərbaycan yığmasının üzvü Vüqar Talıbov (66 kq, cüdo) uğurla çıxış edərək birinci yeri tutmaqla qızıl medala sahib olub.

Açar sözlər: