Deputat - Paşinyan Ermənistan cəmiyyətinin başını qatmaq məqsədi güdür

10.06.2019 16:59
28
Deputat - Paşinyan Ermənistan cəmiyyətinin başını qatmaq məqsədi güdür

“Son günlər Ermənistan-Azərbaycan cəbhə xəttində baş verənlər Ermənistanın daxilindəki problemlərlə əlaqədardır. Şübhə etmirəm ki, Azərbaycanın hərbçisi Elşən Xəlilovun vurulması əmrini Ermənistanın baş naziri Nikol Paşinyan özü verib”.


Ekspress.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Nəsib Məhəməliyev deyib.


Deputatın sözlərinə görə, son 1 ildə görünür ki, Paşinyanın fəaliyyəti Ermənistan xalqı üçün yaxşı nəsə vəd etmir: “Onun apardığı həm daxili, həm xarici, o cümlədən Dağlıq Qarabağla bağlı siyasəti müsbət nəticə vermədi, Ermənistan – Azərbaycan cəbhəsində təxribatlar törətdi. Hərbiçimizin vurulması birbaşa Paşinyanın tapşırığıdır. Hesab edirəm ki, belə təxribatlarla diqqəti daxili ictimai-siyasi vəziyyətdən yayındırmağa çalışırlar. Yəni Paşinyan Ermənistan cəmiyyətinin başını qatmaq məqsədi güdür. Paşinyan hakimiyyətə çox populist ideyalarla gəlmişdi, xeyli vədlər vermişdi. O, bunların heç birini icra edə bilmədi. Ermənistan xalqı Paşinyandan hesabat tələb edir. O, idarəçilik sistemində vahid komanda da yarada bilmədi. Ermənistan xalq çox yaxşı başa düşür ki, Paşinyanın apardığı siyasət küncə sıxılmış, təcridetmə siyasətidir. Ona görə də cəbhədə belə təxribatların olacağı gözlənilir”.


N.Məhəməliyev bildirib ki, təxribatları digər qüvvələrin etməsi də mümkündür: “Amma əsas varinat kimi belə təxribatları xalqın başını aldatmaq üçün Paşinyanın etdiyini düşünürəm. Sülh danışıqları istənilən halda aparılmalıdır. Beynəlxalq aləm görməlidir ki, Azərbaycan sülh siyasətinə sadiqdir. Amma belə təxribatların cavabı kəskin şəkildə verilməlidir. Bunun ağrısını Ermənistan cəmiyyəti hiss etməlidir. Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ məsələsinə ikili standartlarla yanaşır. Bir neçə gün öncə hərbi qulluqçumuz Aqil Ömərovun şəhid olarkən də beynəlxalq təşkilatların soyuqqanlılığını gördük. Onlara ümid çox azdır”.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND