Əmlak Komitəsi Bilgəhdə səyyar xidmət göstərəcək

11.02.2019 12:38
164
Əmlak Komitəsi Bilgəhdə səyyar xidmət göstərəcək

 

Əmlak Məsələləri Dövlət Komitəsinin hər həftə müxtəlif yerlərdə keçirilən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının budəfəki ünvanı Bilgəh qəsəbəsidir.


Ekspress.az Komitəyə istinadən xəbər verir ki, xidmətlərdən yararlanmaq istəyən qəsəbə sakinləri 11-15 fevral tarixlərində saat 9:00-dan 17:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azad qadın küçəsi 298 (142 nömrəli məktəbin qarşısı) ünvanında fəaliyyət göstərən səyyar ofisə yaxınlaşa bilər.


Bu kampaniya fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətlərini birbaşa vətəndaş ünvanlarına gətirir. Səyyar ofislərin müasir formada təşkili ilə qeydiyyat xidmətləri müvafiq qurumlardakı kimi göstərilir. Sürətli və operativ qeydiyyat xidmətləri ilə yanaşı, sakinlər hüquqi xidmətlərdən də istifadə edir. Komitə əməkdaşları tərəfindən vətəndaşların sualları cavablandırır, onlara qanunvericiliyə uyğun məsləhətlər verilir.

 

 


  • SON XƏBƏR
  • TREND