Şi­ma­li Ame­ri­ka­da di­as­por işi

06.12.2018 20:09
526
Şi­ma­li Ame­ri­ka­da di­as­por işi

Şi­ma­li Ame­ri­ka­da möv­cud olan 3 bö­yük öl­kə­dən 2-də azər­bay­can­lı­la­rın sıx məs­kun­laş­ma­sı mü­şa­hi­də edi­lir. Qey­ri-rə­mi mə­lu­mat­la­ra əsa­sən ABŞ-da 800 mi­nə ya­xın, Ka­na­da da 200 mi­nə ya­xın azər­bay­can­lı ya­şa­yır.


ABŞ və Ka­na­da da ümu­mi­lik­də 40 di­as­por təş­ki­la­tı fəa­liy­yət gös­tə­rir. On­lar­dan 26-sı ABŞ-da, 14-ü Ka­na­da­da tə­sis olu­nub.


ABŞ-da tə­sis edi­lən di­as­por təş­ki­lat­la­rı 5 ştat­da fəa­liy­yət gös­tə­rir. Da­ha çox təş­ki­lat Nyu-York­da­dır. Bu­ra­da 14 təş­ki­la­tın fəa­liy­yət gös­tər­di­yi bi­li­nir. Va­şinq­ton şta­tın­da 4, Ka­li­for­ni­ya­da 4, Te­xas­da 1, Flo­ri­da­da 1 di­as­por təş­ki­la­tı var.


ABŞ-da olan di­as­por təş­ki­lat­la­rı di­gər­lə­ri­nə nis­bə­tən ak­tiv fəa­liy­yə­ti­nə gö­rə də se­çi­lir. 2015-ci il­dən baş­la­ya­raq ABŞ-ın Flo­ri­da şta­tın­da ya­şa­yan həm­və­tən­lə­ri­mi­zi bir­ləş­di­rən di­as­por təş­ki­la­tı ar­tıq "Flo­ri­da Azər­bay­can Ame­ri­ka İc­ma­sı" adı ilə 2018-ci il­də qey­diy­ya­ta alı­nıb. Uzun il­lər­dir ABŞ-da ya­şa­yan həm­yer­li­miz Es­mi­ra Bay­ra­mo­va ic­ma­nın səd­ri se­çi­lib.

Cə­miy­yə­tin tər­ki­bin­də Azər­bay­can di­li­nin, ey­ni za­man­da mil­li və Qaf­qaz rəqs­lə­ri­nin təb­li­ği məq­sə­di­lə ki­çik mək­təb-kurs­lar açı­lıb, azər­bay­can­lı­lar­dan iba­rət fut­bol ko­man­da­sı ya­ra­dı­lıb. Təş­ki­la­tın əsas mis­si­ya­sı ABŞ-Azər­bay­can əla­qə­lə­ri­nin da­ha da in­ki­şaf et­di­ril­mə­si­nə töh­fə ver­mək­dir.

Sen­tyabr­da uzun il­lər­dir ABŞ-da ya­şa­yan soy­da­şı­mız Gü­nel Mu­sə­vi Min­ne­so­ta Şta­tın­da həm­və­tən­lə­ri­mi­zi ət­ra­fı­na top­la­ya­raq "Azər­bay­can Min­ne­so­ta Cə­miy­yə­ti"ni ya­ra­dıb və cə­miy­yət ABŞ qa­nun­la­rı­na əsa­sən rəs­mi qey­diy­yat­dan ke­çib.


Qey­ri-rəs­mi mə­lu­mat­la­ra gö­rə, ştat­da 200-ə ya­xın azər­bay­can­lı ai­lə ya­şa­yır. Ey­ni za­man­da, bu­ra­da azər­bay­can­lı tə­lə­bə­lər də təh­sil alır. Əsa­sən Nov­ruz bay­ra­mı­nı bir­lik­də qeyd edən soy­daş­la­rı­mız Ame­ri­ka­da adət-ənə­nə­lə­ri­mi­zi ya­şat­ma­ğa ça­lı­şır­lar. Məq­səd bu öl­kə­də do­ğu­lub bö­yü­yən azər­bay­can­lı­la­ra mil­li-mə­də­ni də­yər­lər­lə bağ­lı mə­lu­mat­la­rın ve­ril­mə­si­dir.


"Azər­bay­can Min­ne­so­ta Cə­miy­yə­ti"nin səd­ri Gü­nel Mu­sə­vi­nin Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nə ver­di­yi mə­lu­ma­ta gö­rə, Min­ne­so­ta­da il­də bir ne­çə də­fə bey­nəl­xalq mə­də­niy­yət fes­ti­va­lı ke­çi­ri­lir. Bu təd­bir­lər­də iş­ti­rak et­mək və Azər­bay­ca­na aid gü­şə ya­rat­maq nə­zər­də tu­tu­lur. Ey­ni za­man­da, təş­ki­lat müs­tə­qil­lik gü­nün­də Min­ne­so­ta şta­tı­nın pay­tax­tı Sa­int Pa­ul şə­hə­rin­də kong­re­sin önün­də Azər­bay­can bay­ra­ğı­nın ucal­dıl­ma­sı, Nov­ruz şən­li­yi­nin və mət­bəx dərs­lə­ri­nin təş­ki­li, Azər­bay­can film ge­cə­si­nin ke­çi­ril­mə­si, Azər­bay­can di­li dərs­lə­ri­nin təş­kil edil­mə­si ki­mi iş­lər də plan­laş­dı­rır.

Ok­tyabr­da Ame­ri­ka­da fəa­liy­yət gös­tə­rən di­as­por rəh­bər­lə­ri Di­as­po­ra İş üz­rə Döv­lət Ko­mi­tə­sin­də olub. Azər­bay­can­da ke­çi­ri­lən Nə­si­mi Fes­ti­va­lı çər­çi­və­sin­də Ba­kı­ya də­vət olu­nan "Bruk­lin-Ba­kı Dost­luq As­so­sia­si­ya­sı"nın pre­zi­den­ti Ma­ri­et­ta Ro­zen­tal, "Mə­nim Yo­lum" İn­ki­şaf Mər­kə­zi­nin pre­zi­den­ti Eli­na Xa­nu­kov və "AZ­ZEM" Bey­nəl­xalq Fon­du­nun pre­zi­den­ti Oleq Möv­sü­mov ok­tyab­rın 2-də Ko­mi­tə­də gö­rüş­lər ke­çi­rib­lər.


Gö­rüş­də Ame­ri­ka­da fəa­liy­yət gös­tə­rən di­as­por təş­ki­lat­la­rı­nın fəa­liy­yə­ti, təş­ki­lat­lar ara­sın­da ko­or­di­na­si­ya­nın güc­lən­di­ril­mə­si ilə bağ­lı fi­kir mü­ba­di­lə­si apa­rı­lıb, qo­naq­la­ra Döv­lət Ko­mi­tə­si­nin ye­ni­lən­miş in­ter­net sayt və ilk də­fə ya­ra­dı­lan di­as­por xə­ri­tə­si ba­rə­də mə­lu­mat ve­ri­lib.

Ko­mi­tə səd­ri­nin bi­rin­ci müa­vi­ni Va­leh Ha­cı­yev, apa­rat rəh­bə­ri Daş­qın Rə­cəb­li və Ame­ri­ka şö­bə­si­nin mü­dir müa­vi­ni Səl­hət Ab­ba­so­va­nın iş­ti­rak et­di­yi gö­rüş­də Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın ya­xın gə­lə­cək­də ABŞ-da hə­ya­ta ke­çi­rə­cə­yi la­yi­hə­lər haq­qın­da da mü­za­ki­rə­lər apa­rı­lıb.

Bu ilin ok­tyab­rın­da Flo­ri­da Şta­tın­da fəa­liy­yət gös­tə­rən Azər­bay­can-Ame­ri­ka Mə­də­niy­yət As­so­sia­si­ya­sı Ka­li­for­ni­ya şta­tı­nın Qlen­deyl şə­hə­rin­də 100 mə­həl­lə­ni əha­tə edən Me­ri­lənd pros­pek­ti­nin adı­nın də­yiş­di­ri­lə­rək Ar­sax ad­lan­dı­rıl­ma­sı­na qar­şı bə­ya­nat ya­ya­raq mə­sə­lə ilə bağ­lı eti­raz­la­rı­nı ifa­də edib­lər.


Bə­ya­nat­da de­yi­lir ki, Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li öl­kə­mi­zin dün­ya­ya in­teq­ra­si­ya­sı­nın və ümu­mi in­ki­şa­fı­nın şərt­lə­ri­ni mü­əy­yən­ləş­di­rə­cək əsas fak­tor ki­mi çı­xış edir. Azər­bay­ca­nın bey­nəl­xalq aləm­də bö­yük nü­fu­zu var, o, Cə­nu­bi Qaf­qa­zın ən mü­hüm öl­kə­si ki­mi ta­nın­maq­da­dır.


Soy­daş­la­rı­mız Azər­bay­ca­nın ay­rı-ay­rı öl­kə­lər­lə, o cüm­lə­dən ABŞ-la mü­na­si­bət­lə­ri­ni bey­nəl­xalq hü­quq nor­ma­la­rı­na hör­mət, da­xi­li iş­lə­rə qa­rış­ma­maq prin­sip­lə­ri üzə­rin­də qur­du­ğu­nu vur­ğu­la­ya­raq, tə­rəf­daş döv­lət­lər­dən də bu prin­sip­lə­rə hör­mət­lə ya­na­şıl­ma­sı­nı tə­ləb edir.

Bə­ya­nat mü­əl­lif­lə­ri Me­ri­lənd pros­pek­ti­nin adı­nın də­yiş­di­ri­lə­rək Ar­sax ad­lan­dı­rıl­ma­sı­nı na­ra­zı­lıq­la qar­şı­la­ya­raq, er­mə­ni lob­bi­si­nin ma­raq­la­rı­nı hə­ya­ta ke­çir­mə­yə ha­zır olan Qlen­deyl şə­hər şu­ra­sı­nın möv­qe­yin­dən na­ra­hat­lıq­la­rı­nı diq­qə­tə çat­dı­rıb­lar.


Er­mə­nis­ta­nın tə­ca­vüz­kar si­ya­sə­ti­nə da­ir bey­nəl­xalq təş­ki­lat­la­rın müx­tə­lif sə­nəd­lər, qət­na­mə­lər, bə­ya­nat­lar qə­bul et­sə də, dün­ya bir­li­yi­nin iş­ğal­çı Er­mə­nis­ta­nı cə­za­lan­dır­maq üçün konk­ret ad­dım­lar at­ma­dı­ğı­nı xa­tır­la­dan soy­daş­la­rı­mız bil­di­rir ki, rəs­mi İrə­van hə­lə də iş­ğal­çı döv­lət möv­qe­yin­dən ge­ri çə­kil­mir.


Bə­ya­nat­da qeyd edi­lir ki, "Biz - dün­ya azər­bay­can­lı­la­rı bü­tün bey­nəl­xalq təş­ki­lat­la­ra, xü­su­si­lə BMT, Av­ro­pa İt­ti­fa­qı və Hel­sin­ki Ko­mis­si­ya­sı­na mü­ra­ci­ət edə­rək, Ka­li­for­ni­ya şta­tın­da çox­say­lı azər­bay­can­lı­la­rın ya­şa­dı­ğı­nı nə­zə­rə ala­raq, dün­ya­da sül­hün və təh­lü­kə­siz­li­yin tə­min olun­ma­sı üçün, ən qı­sa müd­dət­də cid­di ad­dım­la­rın atı­la­ca­ğı­na ümid edi­rik".

Ok­tyabr­da Nyu-York şta­tı­nın Bruk­lin şə­hə­rin­də Azər­bay­can, Tür­ki­yə, Öz­bə­kis­tan, Türk­mə­nis­tan və Ta­ci­kis­ta­nın müs­tə­qil­lik gün­lə­ri bir­gə qeyd olu­nub.


Təd­bi­rin ke­çi­ril­mə­sin­də əsas məq­səd müs­tə­qil­lik gü­nü­nü qeyd et­mək­lə bə­ra­bər, türk­dil­li və dost öl­kə­lə­rin or­taq mə­də­ni də­yər­lə­ri haq­qın­da Ame­ri­ka ic­ti­ma­iy­yə­ti­ni mə­lu­mat­lan­dır­maq­dır.

"Bro­oklyn Bo­ro­ugh Hall"da ke­çi­ril­mə­si nə­zər­də tu­tu­lan təd­bir rəs­mi his­sə­dən son­ra, bə­dii proq­ram­la da­vam edə­cək. Proq­ram­da azər­bay­can­lı pia­no­çu­lar Nər­giz Əli­ya­ro­va, Ka­mil­lə Məm­mə­do­va, elə­cə də Öz­bə­kis­tan, Türk­mə­nis­tan və Ta­ci­kis­tan­dan olan in­cə­sə­nət us­ta­la­rı çı­xış edib.

Təd­bi­rin ke­çi­ri­lə­cə­yi mə­kan­da azər­bay­can­lı rəs­sam­lar Kö­nül Kən­gər­li, Cə­mi­lə Sa­dı­qo­va və Mi­ri­am Hü­sey­no­vun əsər­lə­ri­nin sər­gi­si də təş­kil olu­na­caq.

Bay­ram təd­bi­rin­də Azər­bay­can, türk, öz­bək, türk­mən və ta­cik mət­bə­xin­dən nü­mu­nə­lər də təq­dim edi­lib.


ABŞ-ın Nyu-York şə­hə­rin­də Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin 100 il­lik yu­bi­le­yi və Azər­bay­ca­nın Döv­lət Müs­tə­qil­li­yi­nin 27-ci il­dö­nü­mü qeyd edi­lib.

Azər­bay­can Nyu-York As­so­sia­si­ya­sı­nın təş­ki­alt­çı­lı­ğı ilə ke­çi­ri­lən təd­bir­də Nyu-York­da fəa­liy­yət gös­tə­rən Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın rəh­bər­lə­ri və üzv­lə­ri iş­ti­rak edib.

Azər­bay­can Nyu-York As­so­sia­si­ya­sı­nın pre­zi­den­ti Er­can Yer­de­len­li, vit­se-pre­zi­den­ti Zə­mi­nə Mir­ha­dı­ye­va, azər­bay­can­lı id­man­çı, ABŞ çem­pio­nu El­gün Xa­noğ­lan­lı çı­xış edə­rək, soy­daş­la­rı­mı­zı təb­rik edib­lər. 100 il ön­cə qa­za­nıl­mış müs­tə­qil­li­yin bər­pa­sı­nın 27 il­lik ta­ri­xin­dən bəhs olu­nub, müa­sir Azər­bay­ca­nın əl­də et­di­yi uğur­lar, xü­su­si­lə id­man sa­hə­sin­də qa­zan­dı­ğı qə­lə­bə­lər vur­ğu­la­nıb.

Ey­ni za­man­da, Azər­bay­can Nyu-York As­so­sia­si­ya­sı­nın uzun il­lər ər­zin­də Azər­bay­ca­nın ta­nı­dıl­ma­sı, soy­daş­lar­mı­zın bir­li­yi, həm­rəy­li­yi na­mi­nə gör­dü­yü iş­lər­dən da­nı­şı­lıb.


Bu ilin no­yab­rın­da Nyu-York­da Ame­ri­ka Azər­bay­can­lı­la­rı­nın Ko­or­di­na­si­ya Şu­ra­sı­nın tə­sis yı­ğın­ca­ğı ke­çi­ri­lib. Yı­ğın­caq­da Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin nü­ma­yən­də he­yə­ti də iş­ti­rak edib.

Ka­na­da da fəa­liy­yət gös­tə­rən təş­ki­lat­lar ak­tiv iş apa­rır. Bu öl­kə­də 16 təş­ki­lat var və on­lar öl­kə­nin 4 vi­la­yə­tin­də fəa­liy­yət gös­tə­rir. Təş­ki­lat­lar­dan 10-u On­ta­rio vi­la­yə­tin­də, 3-ü Bri­tiş Ko­lum­bi­ya­da, 2-i Que­bek­də, 1-i Al­ver­ta­da fəa­liy­yət gös­tə­rir. Bu təş­ki­lat­lar da son vaxt­lar ak­tiv­lik­lə­ri­ni ar­tı­rıb­lar.

2018-ci ilin ok­tyab­rın­da Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­sin­də olan Azər­bay­can-Ka­na­da Dost­luq As­so­sia­si­ya­sı­nın rəh­bə­ri Es­mi­ra Əsə­do­va Ko­mi­tə rəh­bər­li­yi ilə gö­rü­şüb.

Gö­rüş­də Ka­na­da­da­kı Azər­bay­can ic­ma­sı, on­la­rın prob­lem­lə­ri, di­as­por təş­ki­lat­la­rı­nın fəa­liy­yə­ti ge­niş mü­za­ki­rə edi­lib. Ka­na­da­da Azər­bay­can di­as­po­ru­nun fəa­liy­yə­ti­nin güc­lən­di­ril­mə­si, soy­daş­la­rı­mı­zın yer­li cə­miy­yə­tə in­teq­ra­si­ya­sı, öl­kə­mi­zin da­ha yax­şı ta­nı­dıl­ma­sı, Qa­ra­bağ hə­qi­qət­lə­ri­nin təb­li­ği ilə bağ­lı gə­lə­cək plan­lar ba­rə­də ət­raf­lı fi­kir mü­ba­di­lə­si apa­rı­lıb. Döv­lət Ko­mi­tə­si­nin səd­ri qar­şı­da du­ran və­zi­fə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si ilə bağ­lı təş­ki­lat rəh­bə­ri­nə öz töv­si­yə­lə­ri­ni ve­rib.

Es­mi­ra Əsə­do­va hə­lə 1990-cı il­lər­də Ka­na­da­da Azər­bay­can di­as­po­ru­nun for­ma­laş­ma­sı is­ti­qa­mə­tin­də gö­rü­lən iş­lər­dən, məhz onun tə­şəb­bü­sü və apa­rı­cı­lı­ğı ilə hə­min il­lər­də Ka­na­da­nın in­gi­lis və fran­sız dil­li te­le­vi­zi­ya­sın­da Azər­bay­can di­lin­də proq­ram­la­rın ya­yım­lan­ma­sın­dan söh­bət açıb. Da­ha son­ra soy­da­şı­mız Di­as­por TV-yə mü­sa­hi­bə ve­rib.


Ok­tyabr­da Ka­na­da Azər­bay­can­lı­la­rı As­so­sia­si­ya­sı Ka­li­for­ni­ya Şta­tı­nın Qlen­deyl şə­hə­rin­də­ki Me­ri­lend pros­pek­ti­nin adı­nın də­yiş­di­ri­lə­rək "Ar­sax" ad­lan­dı­rıl­ma­sı ilə əla­qə­dar bey­nəl­xalq qu­rum­la­ra Ka­na­da­da ya­şa­yan soy­daş­la­rı­mız adın­dan eti­raz mək­tu­bu gön­də­rib. Mək­tub­da qeyd olu­nur ki, Azər­bay­ca­nın müs­tə­qil­li­yi­ni ta­nı­yan, ATƏT-in üz­vü ola­raq Er­mə­nis­tan-Azər­bay­can Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin sülh yo­lu ilə həl­li is­ti­qa­mə­tin­də səy gös­tə­rən Ame­ri­ka Bir­ləş­miş Ştat­la­rın­da Me­ri­lən pros­pek­ti­nə ta­nın­ma­mış qon­dar­ma re­ci­min adı­nın ve­ril­mə­si bey­nəl­xalq hü­quq nor­ma­la­rı­na zid­dir. Mək­tub­da Ka­na­da­da­kı Azər­bay­can ic­ma­sı Er­mə­nis­tan və Azər­bay­can ara­sın­da­kı mü­na­qi­şə­ni nə­zə­rə ala­raq ABŞ hö­ku­mə­tin­dən neyt­ral möv­qe nü­ma­yiş et­dir­mə­si­ni tə­ləb edir.

No­yabr­da isə Ka­na­da­nın Ot­ta­va şə­hə­rin­də­ki Azər­bay­can ic­ma­sı mil­li mət­bə­xi­mi­zin yer­li sa­kin­lə­rə ta­nı­dıl­ma­sı məq­sə­di­lə "Gu­tab ma­king Work­shop" ad­lı təd­bir ke­çi­rib. 9 No­yabr Azər­bay­ca­nın Döv­lət Bay­ra­ğı gü­nü­nə həsr edi­lən təd­bir­də Ot­ta­va şə­hə­rin­də ya­şa­yan azər­bay­can­lı­lar, müx­tə­lif xalq­la­rın təm­sil­çi­lə­ri və Azər­bay­ca­nın Ka­na­da­da­kı Sə­fir­li­yi­nin nü­ma­yən­də­si iş­ti­rak edib.

Təd­bir­də qo­naq­la­ra Azər­bay­can haq­qın­da ət­raf­lı mə­lu­mat ve­ri­lib. Öl­kə­mi­zin ta­ri­xi, döv­lət­çi­lik ənə­nə­lə­ri, zən­gin mə­də­niy­yə­ti, mət­bə­xi, tə­biə­ti, tu­rizm im­kan­la­rı ba­rə­də da­nı­şı­lıb.

Gö­rüş­də ey­ni za­man­da, di­gər xalq­la­rın nü­ma­yən­də­lə­ri­ni mil­li mət­bə­xi­mi­zin nü­mu­nə­lə­ri ilə əya­ni ta­nış et­mək məq­sə­di­lə qu­ta­bın ha­zır­lan­ma­sı haq­qın­da mə­lu­mat ve­ri­lib, on­la­ra qu­ta­bın ha­zır­lan­ma­sı və bi­şi­ril­mə­si­ni öy­rən­mək im­ka­nı ya­ra­dı­lıb.


Qo­naq­lar, xü­su­si­lə yer­li gənc­lər ma­raq­lı gö­rü­şün təş­ki­li­nə gö­rə Azər­bay­can ic­ma­sı­nın üzv­lə­ri­nə tə­şək­kür edib və be­lə təd­bir­lə­rin mü­tə­ma­di ke­çi­ril­mə­si­nin qar­şı­lıq­lı dost­luq əla­qə­lə­ri­nin möh­kəm­lən­mə­si üçün va­cib­li­yi­ni vur­ğu­la­yıb­lar.

 

Va­sif CƏ­FƏ­ROV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND