Di­as­por­la iş sen­tyabr­da bir qə­dər də ge­niş­lən­di­ri­lib

15.10.2018 19:40
370
Di­as­por­la iş sen­tyabr­da bir qə­dər də ge­niş­lən­di­ri­lib

2018-ci ilin sen­tyab­rın­da xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar və Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si (Ko­mi­tə) tə­rə­fin­dən di­as­por fəa­liy­yə­ti­nin ge­niş­lən­di­ril­mə­si is­ti­qa­mə­tin­də bir sı­ra təd­bir­lər gö­rü­lüb. Ko­mi­tə­nin sen­tyabr ayı­na aid olan mə­lu­mat­la­rı­nın təh­li­li gös­tə­rir ki, faə­liy­yət is­ti­qa­mət­lə­ri çox­şa­xə­li olub.


Ay ər­zin­də azər­bay­can­lı­la­rın təş­ki­lat­lan­ma­sı, Azər­bay­can hə­qi­qət­lə­ri­nin təb­li­ği, Azər­bay­can xal­qı­nın mə­də­ni ir­si­nin ta­nı­dıl­ma­sı və s. is­ti­qa­mə­tin­də iş­lər gö­rü­lüb.

Uzun il­lər­dir ABŞ-da ya­şa­yan soy­da­şı­mız Gü­nel Mu­sə­vi Min­ne­so­ta Şta­tın­da həm­və­tən­lə­ri­mi­zi ət­ra­fı­na top­la­ya­raq "Azər­bay­can Min­ne­so­ta Cə­miy­yə­ti"ni ya­ra­dıb və cə­miy­yət ABŞ qa­nun­la­rı­na əsa­sən rəs­mi qey­diy­yat­dan ke­çi­rib.


Qey­ri-rəs­mi mə­lu­mat­la­ra gö­rə, ştat­da 200-ə ya­xın azər­bay­can­lı ai­lə ya­şa­yır. Ey­ni za­man­da, bu­ra­da azər­bay­can­lı tə­lə­bə­lər də təh­sil alır. Əsa­sən Nov­ruz bay­ra­mı­nı bir­lik­də qeyd edən soy­daş­la­rı­mız Ame­ri­ka­da adət-ənə­nə­lə­ri­mi­zi ya­şat­ma­ğa ça­lı­şır­lar. Məq­səd bu öl­kə­də do­ğu­lub bö­yü­yən azər­bay­can­lı­la­ra mil­li-mə­də­ni də­yər­lər­lə bağ­lı mə­lu­mat­la­rın ve­ril­mə­si­dir.


"Azər­bay­can Min­ne­so­ta Cə­miy­yə­ti"nin səd­ri Gü­nel Mu­sə­vi­nin Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nə ver­di­yi mə­lu­ma­ta gö­rə, Min­ne­so­ta­da il­də bir ne­çə də­fə bey­nəl­xalq mə­də­niy­yət fes­ti­va­lı ke­çi­ri­lir. Bu təd­bir­lər­də iş­ti­rak et­mək və Azər­bay­ca­na aid gü­şə ya­rat­maq nə­zər­də tu­tu­lur. Ey­ni za­man­da, təş­ki­lat müs­tə­qil­lik gü­nün­də Min­ne­so­ta şta­tı­nın pay­tax­tı Sa­int Pa­ul şə­hə­rin­də kong­re­sin önün­də Azər­bay­can bay­ra­ğı­nın ucal­dıl­ma­sı, Nov­ruz şən­li­yi­nin və mət­bəx dərs­lə­ri­nin təş­ki­li, Azər­bay­can film ge­cə­si­nin ke­çi­ril­mə­si, Azər­bay­can di­li dərs­lə­ri­nin təş­kil edil­mə­si ki­mi iş­lər də plan­laş­dı­rır.

Ru­si­ya Fe­de­ra­si­ya­sı­nın Kras­no­yarsk di­ya­rın­da­kı Azər­bay­can ic­ma­sı­nın rəh­bə­ri Ta­leh Mah­mu­dov Kras­no­yarsk Şə­hər Şu­ra­sı­na ke­çi­ri­lən seç­ki­lər­də qa­lib gə­lib. Ta­leh Mah­mu­dov di­as­por fəa­liy­yə­ti ilə ya­na­şı, Kras­no­yarsk şə­hə­ri­nin ic­ti­mai-si­ya­sı və mə­də­ni hə­ya­tın­da da ak­tiv rol oy­na­yır. Soy­da­şı­mız də­fə­lər­lə, xid­mət­lə­ri­nə gö­rə, şə­hər rəh­bər­li­yi tə­rə­fin­dən mü­ka­fat­lan­dı­rı­lıb.


Ta­leh Mah­mu­dov 1961-ci il­də Azər­bay­ca­nın Ağ­su ra­yo­nun­da ana­dan olub. Or­ta mək­tə­bi bi­tir­dik­dən son­ra Kras­no­yarsk Döv­lət İn­şa­at İns­tiu­tu"tun­da ali təh­sil alan soy­da­şı­mız 30 il­dən çox­dur bu şə­hər­də ya­şa­yır.


T.Mah­mu­dov­la bə­ra­bər Ru­si­ya Fe­de­ra­si­ya­sı­nın Sa­xa (Ya­ku­ti­ya) Res­pub­li­ka­sın­da ya­şa­yan soy­da­şı­mız Əliş Za­bid oğ­lu Məm­mə­dov 9 sen­tyabr­da ke­çi­ri­lən seç­ki­lər­də 3-cü də­fə Sa­xa Döv­lət Məc­li­si­nin - İl Tü­men-in üz­vü se­çi­lib.

Azər­bay­ca­nın adı­nı hə­mi­şə uca tu­tan Əliş Məm­mə­do­vun mil­li-mə­də­ni ir­si­mi­zin təb­li­ğin­də bö­yük xid­mət­lə­ri var.


Seç­ki­lər­də uğur qa­za­nan soy­daş­la­rı­mız­dan bi­ri də Bəh­ruz Hüm­bə­tov­dur. RF-nin Ud­mur­ti­ya Res­pub­li­ka­sı­nın pay­tax­tı İcevsk şə­hə­rin­də azər­bay­can­lı­la­rın "Dost­luq" Cə­miy­yə­ti­nin sədr müa­vi­ni B.Hüm­bə­tov İcevsk şə­hər Du­ma­sı­nın de­pu­ta­tı se­çi­lib.

Ru­si­ya­da ya­şa­yan həm­yer­li­miz, ta­nın­mış id­man­çı Çin­giz Əli­yev par­la­ment seç­ki­lə­rin­də iş­ti­rak edə­rək uğur əl­də edib. RF-nin Tu­va Res­pub­li­ka­sı­nın Ka­ra­te Fe­de­ra­si­ya­sı­nın rəh­bə­ri, Res­pub­li­ka­nın yığ­ma ko­man­da­sı­nın baş məşq­çi­si və ic­ti­mai xa­dim, Ru­si­ya­da Azər­bay­can di­as­po­ru­nun fə­al üz­vü Çin­giz Əli­yev "Va­hid Ru­si­ya" par­ti­ya­sın­dan na­mi­zəd­li­yi­ni irə­li sü­rüb və de­pu­tat se­çi­lib.

Ye­ri gəl­miş­kən, Ru­si­ya Fe­de­ra­si­ya­sın­da Ru­si­ya azər­bay­can­lı­la­rı­nın va­hid in­for­ma­si­ya por­ta­lı olan AZ­RU (www.az­ru.org) küt­lə­vi in­for­ma­si­ya va­si­tə­si qis­min­də rəs­mi qey­diy­yat şə­ha­dət­na­mə­si alıb. Por­ta­lın baş re­dak­to­ru jur­na­list, po­li­to­loq və ic­ti­mai xa­dim Ro­man Ağa­yev­dir.

Por­ta­lın ya­ran­ma­sı Ru­si­ya azər­bay­can­lı­la­rı və Ru­si­ya-Azər­bay­can mü­na­si­bət­lə­ri üçün mü­hüm əhə­miy­yət kəsb edən bir ha­di­sə­dir.


Av­ro­pa­da ya­şa­yan azər­bay­can­lı­lar ye­ni xə­bər por­ta­lı ya­ra­dıb­lar. Xə­bər por­ta­lı Pol­şa­da­kı "Var­şa­va Azər­bay­can­lı­lar Bir­li­yi", "Vrots­lav Azər­bay­can Cə­miy­yə­ti" və Azər­bay­can Res­pub­li­ka­sı­nın Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si ilə bir­gə ya­ra­dı­lıb. Sayt pol­yak və Azər­bay­can dil­lə­rin­də ya­yım­la­nır və "Az­Pol­News" ad­la­nır. (www.az­pol­news.pl) Xə­bər por­ta­lı­nın gə­lə­cək­də in­gi­lis di­lin­də də ver­si­ya­sı­nın is­ti­fa­də­yə ve­ril­mə­si nə­zər­də tu­tu­lub.

Xə­bər por­tal tək­cə Pol­şa və Azər­bay­can ara­sın­da de­yil, ümu­miy­yət­lə Av­ro­pa ilə öl­kə­mi­zin əla­qə­lə­ri­nin in­for­ma­si­ya mən­zə­rə­si­ni ya­rat­maq məq­sə­di­lə tə­sis edi­lib. Bun­dan son­ra Av­ro­pa­da Azər­bay­can di­as­po­ru­nun gör­dü­yü iş­lər, elə­cə də Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin Av­ro­pa­da­kı fəa­liy­yə­ti ba­rə­də xə­bər və re­por­tac­la­rı, mü­fəs­səl mə­lu­ma­tı hə­min por­tal va­si­tə­si­lə iz­lə­mək müm­kün ola­caq. Pol­şa­da­kı yer­li cu­ru­na­list­lər ye­ni sayt­la cid­di əmək­daş­lıq edir­lər.


Qeyd edək ki, Azər­bay­ca­nın Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın tə­sis et­di­yi di­as­por təş­ki­lat­la­rı­na on­la­rın elekt­ron və so­si­al me­dia­da işi­ni güc­lən­dir­mək məq­sə­di­lə in­for­ma­si­ya kom­mu­ni­ka­si­ya tex­no­lo­gi­ya­la­rı sa­hə­sin­də ödə­niş­siz tex­ni­ki dəs­tək tək­lif edir.

Döv­lət Ko­mi­tə­si xa­ric­də­ki di­as­por təş­ki­lat­la­rı­nın in­ter­net sayt­la­rı­nın ha­zır­lan­ma­sı, e-poçt xid­mət­lə­ri­nin ya­ra­dıl­ma­sı və di­gər in­no­va­tiv mə­sə­lə­lər­də, elə­cə də so­si­al me­dia­da mar­ke­tinq işi­nin təş­ki­li­nə da­ir dəs­tək gös­tə­rə­cək.


Bu dəs­tə­yə eh­ti­ya­cı olan və on­dan ya­rar­lan­maq is­tə­yən di­as­por təş­ki­lat­la­rı www.di­as­por.org ün­va­nı­na da­xil olub qey­diy­yat for­ma­sı­nı dol­dur­maq­la on­layn qay­da­da mü­ra­cət et­mə­li­dir.

Bü­tün təş­ki­lat­la­rın sayt­la­rı www.di­as­por.org do­me­ni­nin sub­do­me­ni al­tın­da - va­hid mər­kəz­də top­la­na­caq.


Ber­lin­də Al­ma­ni­ya Azər­bay­can­lı­la­rı­nın Ko­or­di­na­si­ya Şu­ra­sı­nın (AAKŞ) tə­sis ic­la­sı ke­çi­ri­lib. Tə­sis ic­la­sın­da çı­xış edən­lər soy­daş­la­rı­mı­zın mü­tə­şək­kil və əla­qə­lən­di­ril­miş şə­kil­də fəa­liy­yət gös­tər­mə­si ba­xı­mın­dan AAKŞ-ın ya­ra­dıl­ma­sı­nın təq­di­rə­la­yiq ol­du­ğu­nu vur­ğu­la­yıb­lar. Qeyd olu­nub ki, bu gün Al­ma­ni­ya­da yüz­min­lər­lə soy­da­şı­mız ya­şa­yır, 40-a ya­xın Azər­bay­can cə­miy­yə­ti və ic­ma­sı fəa­liy­yət gös­tə­rir. Soy­daş­la­rı­mı­zın və bu bir­lik­lə­rin fəa­liy­yə­ti­ni əla­qə­lən­dir­mək üçün Ko­or­di­na­si­ya Şu­ra­sı­nın ya­ra­dıl­ma­sı zə­ru­ri­dir.


Tə­sis ic­la­sın­da iş­ti­rak edən öl­kə­mi­zin Al­ma­ni­ya­da­kı föv­qə­la­də və sə­la­hiy­yət­li sə­fi­ri Ra­min Hə­sə­nov di­as­por təş­ki­lat­la­rı­nın hə­ya­ta ke­çir­di­yi iş­lər­dən da­nı­şa­raq soy­daş­la­rı­mı­zın mü­tə­şək­kil fəa­liy­yət gös­tər­mə­si­nin va­cib­li­yi­ni qeyd edib.


Azər­bay­ca­nın mə­də­ni ir­si­nin ta­nı­dıl­ma­sı is­ti­qa­mə­tin­də iş­lər gö­rü­lüb. Azər­bay­ca­nın gör­kəm­li bəs­tə­ka­rı, Xalq ar­tis­ti Cöv­dət Ha­cı­ye­vin şə­rə­fi­nə Flo­ri­da­da Gənc is­te­dad­la­rın Bey­nəl­xalq mu­si­qi mü­sa­bi­qə­si­nin ("Flo­ri­da Keys" IMCYT) qa­la-kon­ser­ti və mü­ka­fat­lan­dır­ma mə­ra­si­mi olub.

Mü­sa­bi­qə Pər­vin Mu­ra­do­va-Dil­ba­zi, Kay Lanq, Vi­vi­an Fanq Liu və Azər­bay­can-Ame­ri­ka Mə­də­niy­yət As­so­sia­si­ya­sı­nın səd­ri Töh­fə Emi­no­va­nın təş­ki­lat­çı­lı­ğı ilə ke­çi­ri­lir.

For­te­pia­no, sim­li alət­lər və vo­kal ka­te­qo­ri­ya­la­rın­da ke­çi­ri­lə­cək mü­sa­bi­qə­nin məq­sə­di is­te­dad­lı gənc mu­si­qi­çi­lə­rin fər­di ya­ra­dı­cı­lı­ğı­nın in­ki­şa­fı­nı dəs­tək­lə­mək və on­la­rın ba­ca­rı­ğı­nı tək­mil­ləş­dir­mək­dir.


"Av­ro­pa İrs Gün­lə­ri" çər­çi­və­sin­də Azər­bay­ca­nın Pa­ris­də­ki Sə­fir­li­yi­nin Mə­də­niy­yət Mər­kə­zin­də "açıq qa­pı" gü­nü ke­çi­ri­lib. Təd­bir Azər­bay­can-Fran­sa Dia­loq As­so­sia­si­ya­sı­nın (AD­FA) və Azər­bay­can Sə­fir­li­yi­nin bir­gə təş­ki­lat­çı­lı­ğı ilə baş tu­tub.

AD­FA-nın pre­zi­den­ti Gü­nel Sə­fə­ro­va öl­kə­mi­zin ta­ri­xi, mə­də­niy­yə­ti haq­qın­da zi­ya­rət­çi­lə­rə ge­niş mə­lu­mat ve­rib. Mə­də­niy­yət Mər­kə­zi­nin nəz­din­də fəa­liy­yət gös­tə­rən Azər­bay­can İn­cə­sə­nət və Ta­rix Mu­ze­yin­də sər­gi­lə­nən mil­li ge­yim­lə­ri­miz və ziy­nət əş­ya­la­rı, qə­dim mu­si­qi alət­lə­ri­miz, mil­li xal­ça növ­lə­ri, sə­nət­kar­lıq nü­mu­nə­lə­ri, mis qab­lar və di­gər qə­dim eks­po­nat­lar haq­qın­da ət­raf­lı mə­lu­mat çat­dı­rı­lıb.


Həm­çi­nin bil­di­ri­lib ki, XIX əs­rin əv­vəl­lə­rin­də müs­tə­qil­li­yi­ni elan edən və mü­səl­man Şər­qin­də ilk dün­yə­vi döv­lət olan Azər­bay­can Xalq Cüm­hu­riy­yə­tin­də qa­dın­la­ra 100 il əv­vəl səs­ver­mə hü­qu­qu ve­ri­lib. Ke­çən əs­rin 90-cı il­lə­ri­nin əv­və­lin­də müs­tə­qil­li­yi­miz ye­ni­dən bər­pa edi­lib.

Təş­ki­lat­çı­lar zi­ya­rət­çi­lə­rin öl­kə­mi­zin ta­ri­xi­nə, mə­də­niy­yə­ti­nə da­ir çox­say­lı su­al­la­rı­nı ca­vab­lan­dı­rıb­lar. Ma­raq­la­nan­la­ra öl­kə­mi­zə sə­ya­hət­lə bağ­lı mə­lu­mat da ve­ri­lib. "Açıq qa­pı" gü­nün­də, həm­çi­nin Azər­bay­can xalq mu­si­qi­lə­ri səs­lən­di­ri­lib, zi­ya­rət­çi­lə­rə Azər­bay­can mə­də­niy­yə­ti, Qız qa­la­sı haq­qın­da Hey­dər Əli­yev Fon­du­nun nəşr­lə­ri, elə­cə də "İRS" cur­na­lı­nın fran­sız di­lin­də çap olun­muş nöm­rə­si pay­la­nı­lıb.


Qeyd edək ki, "Av­ro­pa İrs Gün­lə­ri"nin əsas məq­sə­di yer­li və əc­nə­bi zi­ya­rət­çi­lə­rin mə­də­ni irs ob­yekt­lə­ri­nə sər­bəst gi­ri­şi­ni "açıq qa­pı" for­ma­tın­da tə­min et­mək və mil­li mə­də­ni ir­si təb­liğ et­mək­dən iba­rət­dir.


Vya­na­da Azər­bay­can Mə­də­niy­yət Mər­kə­zin­də Mil­li Mu­si­qi Gü­nü və da­hi bəs­tə­kar Üze­yir Ha­cı­bəy­li­nin do­ğum gü­nü mü­na­si­bə­ti­lə klas­sik mu­si­qi ax­şa­mı ke­çi­ri­lib.

Təd­bi­ri gi­riş sö­zü ilə açan Mə­də­niy­yət Mər­kə­zi­nin di­rek­to­ru Ley­la Qa­sı­mo­va qo­naq­la­ra bil­di­rib ki, Ümum­mil­li li­der Hey­dər Əli­ye­vin 1995-ci il­də im­za­la­dı­ğı Sə­rən­ca­ma əsa­sən, məhz da­hi bəs­tə­ka­rın do­ğum gü­nü Azər­bay­can­da Mil­li Mu­si­qi Gü­nü ki­mi qeyd edi­lir. Azər­bay­can Mə­də­niy­yət Mər­kə­zi hər il Vya­na­da, bu gün mü­na­si­bə­ti­lə, klas­sik mu­si­qi ax­şam­la­rı təş­kil edir. Kon­sert proq­ram­la­rın­da Avs­tri­ya və Azər­bay­can mu­si­qi­çi­lə­ri, həm­çi­nin Av­ro­pa­da təh­sil alan və ya­şa­yan gənc mu­si­qi­çi­lə­ri­miz çı­xış edir.


Azər­bay­can­lı­la­rın İs­veç­rə­də­ki Mə­də­niy­yət Mər­kə­zi­nin Pre­zi­den­ti Qa­sım Nə­si­ro­vun mü­əl­li­fi ol­du­ğu "Dün­ya mə­də­niy­yə­ti" ad­lı la­yi­hə 3 il­dir fəa­liy­yət­də­dir. Bu la­yi­hə­də Azər­bay­can mə­də­niy­yə­ti ba­rə­sin­də re­fe­rat və Azər­bay­can rəqs kurs­la­rı is­veç­rə­li mək­təb­li­lə­rə təq­dim edi­lir. Bu gü­nə qə­dər hər il la­yi­hə 500-dən ar­tıq mək­təb­li­yə təq­dim olu­nub. Bu il hə­rə­sin­də təx­mi­nən 100 mək­təb­li ol­maq­la üç mək­təb­də Azər­bay­can mə­də­niy­yə­ti və rəqs­lə­ri təq­dim olu­nub ki, bu da on­la­ra Azər­bay­can mə­də­niy­yə­ti­ni da­ha yax­şı öy­rən­mə­yə kö­mək edir.


İs­veç­rə­də bö­yük əks-sə­da ya­ra­dan la­yi­hə yüz­lər­lə gənc is­veç­rə­li­yə Azər­bay­can mə­də­niy­yə­ti­ni və ta­ri­xi ir­si­mi­zi ta­nı­dır.


Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın hü­quq­la­rı­nın mü­da­fiə­si mə­sə­lə­si­nə də diq­qət ay­rı­lır. 1990-cı il­lər­də Tür­ki­yə­yə köç­müş və ora­da qey­ri-qa­nu­ni şə­kil­də məs­kun­la­şan yüz­lər­lə azər­bay­can­lı var. Soy­daş­la­rı­mı­zın Tür­ki­yə əra­zi­sin­də qey­diy­ya­ta alın­ma­sı, hü­qu­qi sta­tus­la­rı­nın mü­əy­yən­ləş­di­ril­mə­si və so­si­al mü­da­fiə­si­nin tə­min edil­mə­si is­ti­qa­mə­tin­də mü­va­fiq döv­lət qu­rum­la­rı tə­rə­fin­dən mü­əy­yən iş­lər gö­rül­mək­də­dir. Bu iş­lə­rin da­va­mı ki­mi, qeyd edi­lən in­san­la­rın Azər­bay­can Res­pub­li­ka­sı­na mən­sub­lu­ğu­nun ay­dın­laş­dı­rıl­ma­sı və şəx­siy­yə­ti təs­diq edən sə­nəd­lər­lə (şəx­siy­yət və­si­qə­si və ümum­və­tən­daş pas­por­tu) tə­min edil­mə­si məq­sə­di­lə mü­va­fiq iş­çi qru­pu ya­ra­dıl­mış və si­ya­hı­ya­al­ma ilə bağ­lı ha­zır­lıq iş­lə­ri­nə baş­la­nı­lıb.


Prob­lem­lə­rin ye­rin­də araş­dı­rıl­ma­sı və həl­li ilə bağ­lı 23-26 sen­tyabr 2018-ci il ta­rix­lə­rin­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin əmək­daş­la­rı Kə­nan Məm­mə­dov və İs­ma­yıl Ən­sər­li, öl­kə­mi­zin İs­tan­bul şə­hə­rin­də­ki Baş Kon­sul­lu­ğu ilə bir­gə, qey­ri-qa­nu­ni məs­kun­laş­mış soy­daş­la­rı­mız ilə bir sı­ra gö­rüş­lər ke­çi­rib­lər.

 

Va­sif CƏ­FƏ­ROV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND