Quaido: ABŞ ordusunu ölkəyə çağıra bilərik


10.05.2019 16:39
106
Quaido: ABŞ ordusunu ölkəyə çağıra bilərik

Əgər ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi böhranı həll edəcəksə, mən bununla razılaşacağam.


Ekspress.az xəbər verir ki, bunu “La Stampa” qəzetinə müsahibəsində Venesuela müxalifətinin lideri Xuan Quaido deyib. O, Venesuela xalqının əziyyət çəkdiyini və bunun üçün Venesuela müxalifətinin bütün variantları nəzərdən keçirməsi gərəkdiyini bildirib.


Quaido hazırda Venesuelada Kubadan olan hərbi dəstələrin olduğunu və bunun Venesuelaya hələlik yeganə hərbi müdaxilə olduğunu deyib:

“Biz gərək vasitələri məqsədlə qarışdırmayaq. Məqsəd sülhdür, amma zaman bizi buna məcbur edir. Ona görə ki, artıq insanlar ölürlər” (axar.az).

Qeyd edək ki, bir neçə gün öncə Venesuela müxalifətinin lideri Xuan Quaido ABŞ-ın müdaxilə təklifini qəbul etməyə hazır olduğunu bildirmişdi.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND