Azərbaycanın güləş yığması Avropa çempionatında 6 medal qazanıb

10.04.2019 21:35
56
Azərbaycanın güləş yığması Avropa çempionatında 6 medal qazanıb


Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün sərbəst güləş üzrə daha 5 çəki dərəcəsində medalçılar müəyyənləşib.


Azərbaycan təmsilçiləri günü bir medalla başa vurub.


92 kq çəki dərəcəsində mübarizə aparan Şərif Şərifov final görüşünə çıxıb. O, həlledici qarşılaşmada polşalı Zbiqniyev Baranovskini sınağa çəkib. Döyüş Şərifovun qələbəsi ilə yekunlaşıb - 9:1. Bununla da Azərbaycan sərbəst güləşçisi karyerasında ilk dəfə Avropa çempionu olub (report). O, daha əvvəl 2012-ci il London Yay Olimpiya Oyunlarında və 2011-ci il dünya çempionatında qızıl medal qazanmışdı. Şərifov qitə çempionluğu da əldə etməklə, titul kollesiyasını tamamlayıb.


Digər azərbaycanlı sərbəst güləşçilər Hacımurad Hacıyev (74 kq) və Murad Süleymanov (86 kq) bürünc medal uğrunda görüşdə uduzaraq, 5-ci yerlə kifayətləniblər. Əsgər Məmmədəliyev (61 kq) və Seyid Məhəmmədrza Azərşakib (125 kq) isə elə ilk görüşdə məğlub olublar və mübarizəni dayandırıblar.


Beləliklə, Azərbaycan sərbəst güləşçiləri Avropa çempionatında 3 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Daha əvvəl Hacı Əliyev (65 kq) və Cəbrayıl Həsənov (79 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medala sahib olub.


61 kq


Təsnifat - Əsgər Məmmədəliyev - Nikolay Oxlopkov (ROU) - 0:6


74 kq


Bürünc medal görüşü Hacımurad Hacıyev - Timur Bijoyev (Rusiya) - 4:6


1/2 final - 1/2 final - Hacımurad Hacıyev - Frank Çamizo (İTA) - 2:6


1/4 final Hacımurad Hacıyev - Maksim Vasilioqlo (Rumıniya) - 11:1


1/8 final - Hacımurad Hacıyev - Georgi Paskalov (MDA) - 10:1


86 kq


Bürünc medal görüşü - Murad Süleymanov - Əli Şabanov (Belarus) - 2:11


1/2 final - Murad Süleymanov - Vladislav Vəliyev (RUS) - 0:7


1/4 final - Murad Süleymanov - Teymuraz Naskidaeva (İspaniya) - 7:2


1/8 final - Murad Süleymanov - Ahmed Ruslanoviç (Almaniya) - 5:0


Təsnifat - Murad Süleymanov - Riçard Ferents Liqeti (HUN) - 5:0


92 kq


Final - Şərif Şərifov - Zbiqniyev Baranovski (Polşa) - 9:1

1/2 final - Şərif Şərifov - İrakli Mtsituri (Gürcüstan) - 8:2

1/4 final - Şərif Şərifov - Məhəmməd Qurbanov (RUS) - 6:2


125 kq


Təsnifat - Seyid Məhəmmədrza Azərşakib - Eqzon Şala (KOS).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND