Qızıl örtüklü paxlavanın SİRRİ: dilimi 1000 dollara satılır

13.09.2019 17:50
71
Qızıl örtüklü paxlavanın SİRRİ: dilimi 1000 dollara satılır

İndoneziyanın paytaxtı Cakartadakı “Mardin Paxlava” adlı mağazada 24 karat yarpaq qızıl örtüklü paxlava satılır.


Ekspress.az xəbər verir ki, paxlavanın 1 diliminin qiyməti 1000 dollardır.


Mağazanın sahibi İraq əsilli 35 yaşlı Əbdül Rəhman Əl Süud Əlhəmmədidir.


Türkiyə mətbəxinə vurğun olan Rəhman bu sevgisini biznesə çevirib. Qızıl örtüklü paxlavanı hazırlamaqda məqsəd isə insanların marağını çəkməkdir.


Paxlava üçün bütün məhsullar Türkiyədən aparılır. Hətta şirniyyat ustası belə Qaziantep şəhərindən aprılıb.


Qızıl örtüklü paxlavanın SİRRİ: dilimi 1000 dollara satılır

(publika)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND