Rusiyalı pianoçu Bakıda çıxış etdi

14.10.2019 12:12
72
Rusiyalı pianoçu Bakıda çıxış etdi

Oktyabrın 13-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rusiyanın xalq artisti, tanınmış pianoçu, Moskva Dövlət Filarmoniyasının solisti Nikolay Luqanskinin iştirakı ilə konsert olub.


Ekspress.az xəbər verir ki, konsert Azərbaycan və Rusiyanın Mədəniyyət nazirliklərinin dəstəyi ilə təşkil edilib.


Nikolay Luqanskinin və Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Sergey Prokofyevin 2 nömrəli fortepiano üçün konserti və İohannes Bramsın 1 nömrəli simfoniyası səsləndirilib. (kult)


Ekspress.az