“Bizim “qızlarımız”a fərq etməz, təki ər olsun” - Nadir qadınlarımızı təhqir etdi

31.05.2019 19:25
116
“Bizim “qızlarımız”a fərq etməz, təki ər olsun” - Nadir qadınlarımızı təhqir etdi

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə müzakirələrə səbəb olacaq status yazıb.  


Ekspress.az xəbər verir ki, sənətçi instaqram səhifəsində post paylaşaraq Türkiyə vətəndaşları ilə ailə quran azərbaycanlı qadınları təhqir edib:


"Türkiyəli qadınların çoxu təkəbbürlüdür. Onların ailələrində ər arvaddır, arvad ər. Yəni qadının sözü daha ço keçərlidir. Türkiyəli kişilərin bizim qadınlarla evlənməsinə gəldikdə isə bizim qadınlarımızın üzüyola olmasıdır. Yəni “qapazı vur, çörəyini al əlindən” məsəli (butamedia).

Bizim bəzi sadəlövh “qızlarımız”a fərq etməz, təki ər olsun deyə, evlənirlər. Bir-iki ildən sonra qucaqlarında uşaq atılırlar. Hətta çoxundan uşağı alıb yola salırlar. Atalar yaxşı deyiblər, ucuz ətin şorbası olmaz. Yaxşılardan uzaq”.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND