“Bakcell”dən tələbələr üçün maraqlı aksiya

30.11.2018 18:22
52
“Bakcell”dən tələbələr üçün maraqlı aksiya

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi olan Bakcell şirkəti özünün yeni “DaimOnline” tarif paketlərini abunəçilərinə tanıtmaq məqsədilə universitet tələbələri üçün maraqlı aksiya təşkil edib.


Belə ki, 28-30 noyabr tarixlərində keçirilmiş aksiya çərçivəsindəBakcell Azərbaycan Tibb Universitetində xüsusi “DaimOnline” stendi quraraq universitet tələbələrinə “GreenBox”, “İnstaPrint” və digər maraqlı oyunlar və əyləncələrdə iştirak edib müxtəlif hədiyyələrə sahib olmaq imkanı verib. Stenddə təşkil edilmiş maraqlı aksiyada iştirak etmiş yüzlərlə tələbə həmçinin yeni “DaimOnline” tarif paketləri barədə ətraflı məlumat əldə ediblər.


Qeyd edək ki, bu kimi aksiyaların ölkəmizin digər universitetlərinin tələbələri üçün də təşkiliplanlaşdırılır.


Gənclərin daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verdiyini nəzərə alaraq, Bakcell şirkəti bir müddət əvvəl yeni “DaimOnline” paketlərini təqdim edib. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” istifadəsi ilə yanaşı qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlana bilirlər.Limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” imkanı təqdim edən yeni “DaimOnline” tarif paketlərini istifadəyə verməklə, Bakcell gənc abunəçiləri limitsiz ünsiyyət üçün tam sərbəstliklə təmin edib. Bu yeni tariflər sayəsində gənclər daim onlayn olmaq imkanı əldə ediblər.


İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan Bakcell müasir rabitə xidmətləri istifadəçilərinə yenilənmiş, rahat və yenilikçi tariflər, məhsullar və xidmətləri təklif etməyə davam edəcək.


Bakcell şirkətinin yeni “DaimOnline” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə və yaxud “Bakcell”in rəsmi “Instagram” və “Facebook” səhifələrinə daxil olun.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND