“Borcum vardı, Əliyevə zəng etdim ki, təcili...” - Lukaşenkodan etiraf

15.12.2018 14:51
430
“Borcum vardı, Əliyevə zəng etdim ki, təcili...” - Lukaşenkodan etiraf

Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün rusiyalı jurnalistlərin iştirakı ilə 5 saata yaxın davam edən mətbuat konfransında Azərbaycanla bağlı daha bir maraqlı fakt açıqlayıb.


Ekspressşaz-ın məlumatına görə, “qafqazinfo.az”a Lukaşenkonun rəsmi saytına istinadən xəbər verir ki, Belarus prezidenti borcu olduğu üçün Rusiyanın ölkəsinə qaz nəqlini dayandırdığını və bu səbəbdən prezident İlham Əliyevə zəng vurduğunu etiraf edib:


“O zaman mən təcili olaraq Rusiyaya 900 milyon dollar qaytarmalı idim. Doğma qardaşlarım məni sıxışdırırdılar. Qazı kəsmişdilər. Mən zəng etdim: İlham, dedim, (prezident İlham Əliyev) mənə təcili 900 milyon lazımdır. Maliyyə nazirini, hökumət nümayəndələrini göndərəcəm, onlar saziş bağlayacaqlar. Lakin mənə pul sabaha lazımdır. Putinə 900 milyon qaytarmalıyam. Bu, yəqin ki, 8 il əvvəl olub. Sözün düzü, o, mənə sabah 900 milyon verdi. Söz verdim ki, üç həftə sonra və ya bir aya qaytaracam. Lakin daha tez qaytardım. Qulaq asın, bu, çox dəyərlidir. Bu səbəbdən də mən ona çox yaxın insan kimi yanaşıram. O da, həmçinin, mənə qarşı”.


Ekspress.az