ATV-nin aparıcısı dövlət qurumunda vəzifəyə təyin olundu

23.06.2019 14:50
354
ATV-nin aparıcısı dövlət qurumunda vəzifəyə təyin olundu

ATV telekanalının aparıcısı, tanınmış jurnalist Ceyhun Səfərov efirdən gedib.


Ekspress.az xəbər verir ki, ötən gün kanalın Xəbərlər Departamentinin işçiləri ilə keçirilən yığıncaqda Ceyhun Səfərova "Azad Azərbaycan” MTRK-nın rəhbərliyinin təşəkkürnaməsi verilib. Telekanalın rəhbəri Azər Xəlilov Ceyhun Səfərovun mühüm dövlət qurumlarından birində xidmətə başlayacağını bildirib.


Ceyhun Səfərov ATV-də qazandığı bilik və bacarıqlarının bundan sonrakı işində də rol oynayacağına əminliyini vurğulayıb. O, özünü daim ATV-nin aparıcısı kimi hiss edəcəyini, harada çalışmağından aslı olmayaraq onların hörmət və ehtiramını hər zaman doğruldacağını bildirib.


Yığıncaqda aparıcının ATV ilə əlaqələrinin bundan sonra da davam edəcəyi rəhbərlik tərəfindən vurğulanıb (unikal.org).


Qeyd edək ki, 2003-cü ildən telekanalda çalışan Ceyhun Səfərov jurnalist karyerasına Gəncə bürosunda müxbir kimi başlayıb, sonra redaktor assistenti, redaktor və aparıcı vəzifələrində çalışıb.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND