"Neft sənin deyil, dövlətindir" - Murad Dadaşov

03.10.2019 19:38
235
"Neft sənin deyil, dövlətindir" - Murad Dadaşov

Xalq artisti Murad Dadaşovun “Popumuz var” verilişində dediyi sözlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. 


Ekspress.az  xəbər verir ki, Xalq artisti neft haqqında maraqlı fikir irəli sürüb.

“Qərb ölkələrində varlı insanlara qarşı nifrət yoxdur. Bu nifrəti ancaq sosializm ölkələrində görə bilərsiniz.


Bilirsiniz, nə ilə bağlıdır? Sovet dövrünün rejimi kolxoz idi. Hamının nəyi var idisə, ortalığa qoyurdu. Bir nəfər kolxoz sədri seçilirdi və özünəməxsus şəkildə davam edirdi. İndi isə düşünürlər ki, eyni hüquqa malik idik, necə oldu ki, siz qabağa keçdiniz. Bundan nifrət yaranır. Kimsə varlanırsa, kiminsə pulunu qazanmır. Amma Sovet dövründə hamı bir-birinin pulunu qazanırdı. Bəzən deyirlər, neft sənindir, mənimdir. Neft dövlətindir. Onlara demək lazımdır, sən bu neft üçün nə etmisən? Sən də istedadını göstər. keç önə”.


(unikal)


Ekspress.az