Venesuelada illik inflyasiya 815 000%-ə düşüb

11.06.2019 11:31
94
Venesuelada illik inflyasiya 815 000%-ə düşüb

May ayında Venesualeda qiymətlər 31,3% artıb.


Bu barədə ölkənin Milli Assambleyasının (bir palatalı parlament) maliyyə komitəsinin üzvü Anxel Alvarado məlumat verib.


Onun sözlərinə görə, ilin əvvəlinə nisbətən Venesuelada qiymət artımı 905,6%, illik müqayisədə isə 815 000% təşkil edir.


Aprel ayı ilə müqayisədə ölkədə inflyasiya bir qədər səngiyib. Belə ki, apreldə qiymətlər mart ayına nisbətən 44,7%, ötən ilin aprel ayına nisbətən isə 1 300 000% artmışdı.


Venesuale son illər ciddi sosial-iqtisadi böhran keçirir. Bu ölkənin milli valyutası – bolivarın kəskin devalvasiyaya məruz qalması ilə nəticələnib (report). Beynəlxalq Valyuta Fondu bu ilin yekununda Venesuelada inflyasiyanın 10 000 000%-ə çata biləcəyini proqnozlaşdırır. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND