Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçirilir

21.10.2019 11:15
98
Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-İsveçrə biznes forumu işə başlayıb.


Ekspress.az xəbər verir ki, tədbiri giriş sözü ilə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini müvəqqəti icra edən Yusif Abdullayev açıb.


O, iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdiyini, indiyə qədər İsveçrənin Azərbaycana 861 milyon ABŞ dolları, Azərbaycanın isə İsveçrəyə 2,7 milyard dollar investisiya qoyduğunu bildirib.

Bundan başqa, AZPROMO rəhbərinin sözlərinə görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrünə nisbətən 5 dəfə çox olub.


“8 ay ərzində ticarət dövriyyəmizin dəyəri 648 milyon dollar olub ki, bunun da 135 milyon dollarını Azərbaycandan İsveçrəyə ixrac, 513milyon dollarını isə Azərbaycanın İsveçrədən idxalı təşkil edib. Biz istərdik ki, ixracımız genişlənsin”, - deyə Y.Abdullayev qeyd edib. (report)


Ekspress.az