“Qəbələ”də yeni hücumçu

04.07.2019 19:46
122
“Qəbələ”də yeni hücumçu


Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini rəsmiləşdirib.


Klub saytı xəbər verir ki, “qırmızı-qaralar” Fil Dişi Sahilindən olan futbolçu Kristian Kouakou ilə anlaşıb.

28 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.


Forvardın son komandası Çexiyanın "Karvina" klubu olub.


Qeyd edək ki, “Qəbələ” daha öncə Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatmışdı.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND