Zaxarova azərbaycanlılara: "Ermənistana buraxmasalar, bizə deyin"

15.03.2019 21:19
191
Zaxarova azərbaycanlılara: "Ermənistana buraxmasalar, bizə deyin"


Moskva erməni əsilli Rusiya vətəndaşları ilə bağlı Rusiya XİN-in müraciətinə indiyə kimi Bakının cavabını almayıb.


Ekspress.az xəbər verir ki, “Sputnik-Armeniya”nın məlumatına görə, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə söz açıb.


Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi martın 12-də dolayısı yolla və ya birbaşa olaraq erməni mənsubiyyət əlamətləri olan Rusiya vətəndaşlarına müraciət edərək, Azərbaycana səfər planlaşdırmazdan əvvəl bütün riskləri hərtərəfli şəkildə ölçüb-biçməyə çağırmışdı. (moderator.az)


“Məsləhətləşmələrə gəlincə, Rusiya tərəfi dəfələrlə azərbaycanlı həmkarlara yaranmış vəziyyətlə bağlı naharatlığını ifadə edib. Təəssüflər olsun ki, cavab gəlməyib”, - deyə Zaxarova bildirib.


“Mətbuatda guya analoji problemlərlə Azərbaycan əsilli Rusiya vətəndaşlarının da üzləşdiyi haqda şərhlərə və müsahibələrə rast gəldim. Şəxsən tanınmış şəxslərdən birinin (Rövşən Əskərov nəzərdə tutulur – red.) müsahibəsini oxuyub, yazılanlara çox təəccübləndim.


Yeri gəlmişkən, bu müsahibədə “Rusiya XİN nə üçün belə hallarla maraqlanmayıb?” deyə bir məzəmmət var. Bizə belə faktlar məlum deyil. Xahişimiz var, belə hallarla rastlaşdıqda bizi məlumatlandırın. Biz bölgədən və ya ölkədən asılı olmayaraq, buna reaksiya göstərəcəyik. Biz konkret hadisələrə reaksiya göstəririk”, - deyə Zaxarova bildirib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND