Mə­də­niy­yə­ti­mi­zin təb­li­ğin­də di­as­po­run ro­lu

27.11.2018 19:10
526
Mə­də­niy­yə­ti­mi­zin təb­li­ğin­də di­as­po­run ro­lu

Hər bir öl­kə də həm də mə­də­niy­yə­ti, in­cə­sə­nə­ti ilə ta­nı­nır. Və bu­nun ta­nı­dıl­ma­sın­da di­as­por təş­ki­lat­la­rı­nın da ro­lu az de­yil. Bu ba­xım­dan Azər­bay­can mə­də­niy­yə­ti­nin təb­li­ğin­də di­as­por qu­rum­la­rı­mı­zın xid­mə­ti da­nıl­maz­dır.


Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si xal­qı­mı­zın mə­də­ni ir­si­nin təb­li­ği is­ti­qa­mə­tin­də is­ti­qa­mə­tin­də bir sı­ra təd­bir­lər hə­ya­ta ke­çi­rir. Elə dün­ya azr­bay­can­lı­la­rı­nın qu­rul­tay­la­rın­da da soy­daş­la­rı­mı­za xal­qı­mı­zın mə­də­ni ir­si­nin təb­li­ği məq­sə­di­lə töv­si­yə və tək­lif­lər ve­ri­lir. Ko­mi­tə­dən ve­ri­lən mə­lu­ma­ta gö­rə, töv­si­yə edi­lir ki, di­as­por təş­ki­lat­la­rı üzv­lə­ri­nin və on­la­rın öv­lad­la­rı­nın ana di­li­ni, mil­li mə­də­niy­yə­ti, ta­ri­xi­ni öy­rən­mə­si, və­tən­pər­vər­lik ru­hun­da tər­bi­yə­si məq­sə­di­lə təh­sil ocaq­la­rı­nın, müx­tə­lif fa­kül­tə­tiv kurs­la­rın və dər­nək­lə­rin təş­ki­li via­cib­dir. Həm­çi­nin təd­ris pro­se­sin­də Azər­bay­can xal­qı­nın mil­li döv­lət­çi­li­yi və in­ki­şaf pers­pek­tiv­lə­ri, "Azər­bay­can" və "azər­bay­can­lı" an­la­yış­la­rı­nın məz­mu­nu, Azər­bay­can xal­qı­nın mil­li tə­fək­kü­rün­də "Və­tən" an­la­yı­şı, azər­bay­can­lı­la­rın mil­li-mə­nə­vi key­fiy­yət­lə­ri və s. ba­rə­də məş­ğə­lə­lə­rin apa­rıl­ma­sı önəm­li ol­du­ğu bil­di­ri­lir.


Di­as­por təş­ki­lat­la­rı­na töv­si­yə olu­nur ki, soy­daş­la­rı­mı­zın məs­kun­laş­dıq­la­rı öl­kə­lə­rin qa­nun­ve­ri­ci­li­yi­nə və bey­nəl­xalq kon­ven­si­ya­la­rın tə­ləb­lə­ri­nə uy­ğun ola­raq, et­no­mə­də­ni özü­nə­məx­sus­lu­ğun qo­run­ma­sı, in­ki­şaf et­di­ril­mə­si, mil­lət­lə­ra­ra­sı və mə­də­niy­yət­lə­ra­ra­sı dia­loq­da əmək­daş­lıq məq­sə­di­lə təd­bir­lə­rin gö­rül­mə­si, ic­ti­mai təş­ki­lat­lar, as­so­sia­si­ya­la­rın ya­ra­dıl­ma­sı is­ti­qa­mə­tin­də təd­bir­lər gö­rül­sün. Azər­bay­can­lı­la­rın öz di­li­nə, mə­də­niy­yə­ti­nə, ta­ri­xi kök­lə­ri­nə və mil­li-mə­nə­vi də­yər­lə­ri­nə bağ­lı­lı­ğı­nı qo­ru­yub sax­la­ma­la­rı üçün mil­li te­atr­la­rın, ki­tab­xa­na­la­rın açıl­ma­sı, mil­li mə­də­niy­yət­lə­rin qo­run­ma­sı­na da­ir bey­nəl­xalq kon­ven­si­ya­la­rın müd­dəa­la­rı­na uy­ğun ola­raq xa­ri­ci öl­kə­lər­də məs­kun­la­şan soy­daş­la­rı­mı­zın mil­li-mə­də­ni cə­miy­yət­lə­rin ya­ra­dıl­ma­sı, mil­li özü­nə­məx­sus­lu­ğu mü­ha­fi­zə et­mək məq­sə­di­lə di­gər zə­ru­ri təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si məs­lə­hət bi­li­nir.


Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın mil­li-mə­nə­vi key­fiy­yət­lə­ri­ni, əx­la­qi də­yər­lə­ri­ni ya­şat­maq, təb­liğ et­mək, zən­gin mə­də­niy­yə­ti­ni, adət-ənə­nə­lə­ri­ni qay­ğı ilə mü­ha­fi­zə et­mək­lə gə­lə­cək nə­sil­lə­rə aşı­la­maq önəm­li mə­sə­lə­lər­dən­dir. Bu is­ti­qa­mət­də də tədb­rlə­rin təş­ki­li­nin önə­mi vur­ğu­la­nır.

Azər­bay­can­lı­la­rın sıx hal­da ya­şa­dı­ğı xa­ri­ci öl­kə­lər­də ana di­li­nin, Azər­bay­can ta­ri­xi, mə­də­niy­yə­ti və coğ­ra­fi­ya­sı­nın təd­ri­si məq­sə­di­lə "Həf­tə so­nu" şə­bə­kə­si­nin ge­niş­lən­di­ril­mə­si, "Həf­tə so­nu" mək­təb­lə­ri­nin mad­di-tex­ni­ki ba­za­sı­nın yax­şı­laş­dı­rıl­ma­sı, əya­ni və dərs və­sa­it­lə­ri ilə tə­mi­na­tı işi­nin güc­lən­di­ril­mə­si, hə­min mək­təb­lə­rin kadr po­ten­sia­lı­nı in­ki­şaf et­dir­mək məq­sə­di­lə təd­bir­lə­rin gö­rül­mə­si töv­si­yə edi­lir.


Azər­bay­can xal­qı­nın folk­lor nü­mu­nə­lə­ri­nin, mu­si­qi­si­nin, ədə­biy­yat və in­cə­sə­nə­ti­nin zən­gin mə­də­ni ir­si­nin gənc nəs­lə təb­li­ği va­cib mə­sə­lə­lər­dən­dir. Bu­nun üçün bir­gə mə­də­ni-küt­lə­vi təd­bir­lə­rin - mu­si­qi fes­ti­val­la­rı­nın, mil­li mə­də­niy­yət gün­lə­ri­nin, rəsm sər­gi­lə­ri­nin, Azər­bay­can ki­no­su gün­lə­ri­nin təş­ki­lin­də di­as­por nü­ma­yən­də­lə­ri­nin həm­rəy­lik nü­ma­yiş et­dir­mə­si məs­lə­hər gö­rü­lür. Bu is­ti­qa­mət­də xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı mə­də­niy­yət və in­cə­sə­nət xa­dim­lə­ri ara­sın­da əla­qə­lə­rin qu­rul­ma­sı­na və on­la­rın gö­rüş­lə­ri­nin təş­ki­li­nə səy gös­tə­ril­mə­si, xa­ri­ci öl­kə­lər­də ya­şa­yan ta­nın­mış azər­bay­can­lı elm və mə­də­niy­yət xa­dim­lə­ri­nin yu­bi­ley­lə­ri­nin qeyd edil­mə­si, bey­nəl­xalq mə­də­niy­yət fes­ti­val­la­rın­da Azər­bay­ca­nın la­yi­qin­cə təm­sil olun­ma­sı üçün di­as­por təş­ki­lat­la­rı­nın im­kan­la­rı­nın sə­fər­bər edil­mə­si, Azər­bay­ca­nın ta­ri­xi və mə­də­niy­yə­tin­dən bəhs edən mu­zey mər­kəz­lə­ri­nin ya­ra­dıl­ma­sı tək­lif olu­nur.


Dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də məs­kun­la­şan soy­daş­la­rı­mız "Nov­ruz bay­ra­mı", 28 May Res­pub­li­ka Gü­nü, 15 İyun Mil­li Qur­tu­luş Gü­nü və di­gər bay­ram­la­rı ge­niş şə­kil­də qeyd edə­rək öl­kə­mi­zin ta­ri­xi, zən­gin mə­də­ni ir­si­ni təb­liğ et­mə­yə ça­lı­şıb. Bu­nun­la ya­na­şı, soy­daş­la­rı­mız Azər­bay­ca­nın gör­kəm­li şəx­siy­yət­lə­ri­nin yad edil­mə­si məq­sə­di­lə təd­bir­lər, kon­sert proq­ram­la­rı təş­kil edib, dün­ya fes­ti­val­la­rın­da və sər­gi­lər­də iş­ti­rak edib­lər.


Azər­bay­can mə­də­niy­yə­ti­ni təb­liğ edən ma­te­ri­al­la­rın xa­ri­ci küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­rin­də ya­yı­mı­na na­il ol­maq is­ti­qa­mə­tin­də səy­lə­rin bir­ləş­di­ril­mə­si, Azər­bay­can ta­ri­xi­nə da­ir ma­te­ri­al­la­rın - mə­qa­lə, mo­noq­ra­fi­ya və ki­tab­la­rın ya­yıl­ma­sı­na na­il ol­maq, bir­gə el­mi-prak­tik konf­rans­lar ke­çir­mək, sə­nəd­li və bə­dii film­lə­rin xa­ri­ci dil­lə­rə tər­cü­mə edi­lə­rək nü­fuz­lu te­le­ka­nal­lar va­si­tə­si­lə nü­ma­yiş et­di­ril­mə­si is­ti­qa­mə­tin­də təd­bir­lər gör­mək, Azər­bay­ca­nın ta­ri­xi və mə­də­ni abi­də­lə­ri­nin, mil­li də­yər­lə­ri­nin er­mə­ni­lər tə­rə­fin­dən mə­nim­sə­nil­mə­si­nə qar­şı ar­dı­cıl və sis­te­mi­li təd­bi­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si də va­cib təd­bir­lər­dən he­sab olu­nur.


Xal­qı­mı­zın mə­də­ni ir­si­nin təb­li­ğin­də xa­ri­ci öl­kə­lə­rin te­le­vi­zi­ya ka­nal­la­rın­da Azər­bay­can və türk xalq­la­rı­nın mə­də­niy­yə­tin­dən bəhs edən film­lə­rin nü­ma­yiş et­di­ril­mə­si də töv­si­yə edi­lir. Bun­dan baş­qa Azər­bay­can şə­hər­lə­ri ilə dün­ya­nın müx­tə­lif iri şə­hər­lə­ri ara­sın­da qar­daş­laş­ma və əmək­daş­lıq mü­qa­vi­lə­lə­ri­nin im­za­lan­ma­sı məq­sə­di­lə bir­gə təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si, Azər­bay­ca­nın tu­rizm im­kan­la­rı­nı təb­liğ et­mək məq­sə­di­lə iş adam­la­rı­nı cəlb et­mək­lə bir­gə tu­rizm sər­gi­lə­ri­nin ke­çi­ril­mə­si və tu­rizm sa­hə­sin­də ça­lı­şan azər­bay­can­lı iş adam­la­rı ara­sın­da əla­qə­lə­rin qu­rul­ma­sı­na na­il ol­maq məq­sə­di­lə on­la­rın gö­rüş­lə­ri­nin təş­kil edil­mə­si­nin əhə­miy­yət­li ola­ca­ğı qeyd olu­nur.


Sen­tyabr ayın­da Mur­mans­kda "Mə­də­niy­yət­lə­rin qo­vuş­du­ğu mə­kan" ad­lı çox­janr­lı fes­ti­val ke­çi­ri­lib. "Gə­lin, bir-bi­ri­mi­zi an­la­maq və dost­luq et­mək üçün Ru­si­ya xalq­la­rı­nın mə­də­ni ənə­nə­lə­ri­ni öy­rə­nək və dərk edək!" de­vi­zi al­tın­da ke­çi­ri­lən fes­ti­val Mur­mansk vi­la­yə­ti­nin ya­ra­dıl­ma­sı­nın 80 il­li­yi­nə həsr edi­lib. Mur­mans­kda­kı "Azər­bay­can" mil­li-mə­də­ni mux­ta­riy­yə­ti­nin və Ru­si­ya­nın Azər­bay­can­lı Gənc­lər Bir­li­yi­nin (RAGB) yer­li nü­ma­yən­də­li­yi­nin mət­bu­at ka­ti­bi Əli­hü­seyn Şü­kü­ro­vun "AZƏR­TAC"a bil­dir­di­yi­nə gö­rə, vi­la­yə­tin mil­li-mə­də­ni bir­lik­lə­ri­nin - "Azər­bay­can" mil­li-mə­də­ni mux­ta­riy­yə­ti­nin və Ru­si­ya­nın Azər­bay­can­lı Gənc­lər Bir­li­yi­nin (RAGB) yer­li nü­ma­yən­də­li­yi­nin, Mol­do­va­nın "Flue­raş" Mə­də­niy­yət Mər­kə­zi­nin, "Umır­za­ya" Mil­li Mə­də­niy­yət­lər Klu­bu­nun ya­ra­dı­cı kol­lek­tiv­lə­ri, "Aka­tuy" çu­vaş mah­nı an­samb­lı, "Le­le­ki" Uk­ray­na xo­ru, Tu­lomsk Sta­nit­sa Ka­zak Cə­miy­yə­ti­nin an­samb­lı, "Ra­dit­sa" rus xalq mah­nı an­samb­lı və di­gər kol­lek­tiv­lər Mur­mansk sa­kin­lə­ri qar­şı­sın­da çı­xış edib­lər. Bun­dan əla­və, Mi­sir Mə­də­niy­yət Mər­kə­zi və Ya­pon Mə­də­niy­yə­ti İc­ti­mai Təş­ki­la­tı da ilk də­fə ola­raq bu fes­ti­val­da iş­ti­rak edib.


Fes­ti­val müd­də­tin­də de­ko­ra­tiv-tət­bi­qi ya­ra­dı­cı­lıq sər­gi­si təş­kil edi­lib. Fes­ti­va­lın qo­naq­la­rı müx­tə­lif mil­li ye­mək­lə­ri de­qus­ta­si­ya edib­lər.


Ta­ma­şa­çı­lar onil­lik­lər bo­yu Ko­la di­ya­rın­da ya­şa­yan müx­tə­lif mil­lət­lə­rin məi­şə­ti, mə­də­niy­yə­ti və ənə­nə­lə­ri ba­rə­də çox ma­raq­lı mə­lu­mat əl­də edib­lər.


Bu ilin ok­tyab­rın­da Da­ni­mar­ka­nın pay­tax­tı Ko­pen­ha­gen şə­hə­ri­nin Fre­de­riks­berq bə­lə­diy­yə­sin­də "İn­teq­ra­si­ya Gü­nü" mü­na­si­bə­ti­lə təd­bir ke­çi­ri­lib. Azər­bay­ca­nı təd­bir­də Da­ni­mar­ka "Və­tən" Cə­miy­yə­ti təm­sil edib.


Fre­de­riks­berq bə­lə­diy­yə­si­nin me­ri Co­han Glen­toy "İn­teq­ra­si­ya Gü­nü" mü­na­si­bə­ti­lə ke­çi­ri­lən təd­bi­rin əhə­miy­yə­tin­dən da­nı­şıb. Təd­bi­rin ke­çi­ril­mə­sin­də əsas məq­sə­din Da­ni­mar­ka­da ya­şa­yan müx­tə­lif xalq­la­rın təm­sil­çi­lə­ri­nin öz öl­kə­lə­ri­nin ta­ri­xi­ni, mə­də­niy­yə­ti­ni və in­cə­sə­nə­ti­ni da­ni­mar­ka­lı­la­ra nü­ma­yiş et­mək ol­du­ğu­nu bil­di­rən Co­han Glen­toy, bu­ra­da müx­tə­lif öl­kə­lə­rin sə­fir­lik­lə­ri­nin, cə­miy­yət və di­as­por təş­ki­lat­la­rı­nın iş­ti­rak et­di­yi­ni məm­nun­luq his­si ilə vur­ğu­la­yıb.

Qeyd et­mək la­zım­dır ki "İn­teq­ra­si­ya Gü­nü" mü­na­si­bə­ti­lə ke­çi­ri­lən təd­bir­lər­də "Və­tən" Cə­miy­yə­ti tə­rə­fin­dən ya­ra­dı­lan Azər­bay­can gu­şə­sin­də öl­kə­miz haq­qın­da ət­raf­lı mə­lu­ma­tın ve­ril­mə­si ilə ya­na­şı onun ta­ri­xi­ni, zən­gin mə­də­niy­yə­ti­ni, mu­si­qi­si və bu­gün­kü in­ki­şa­fı­nı əks et­di­rən ki­tab və bro­şür­lər, mil­li şir­niy­yat­lar da təq­dim edi­lib. Mə­ra­sim­də, ha­be­lə "Və­tən" Cə­miy­yə­ti­nin nü­ma­yən­də­lə­ri qo­naq­la­ra öl­kə­miz ba­rə­sin­də ət­raf­li mə­lu­mat ve­rə­rək, on­la­rı ma­raq­lan­dı­ran su­al­la­rı müx­tə­lif dil­lər­də ca­vab­lan­dı­rıb, bu­ra­da­kı yer­li ic­ti­ma­iy­yət nü­ma­yən­də­lə­ri­nə öl­kə­mi­zi da­ha yax­şı ta­nıt­ma­ğa na­il olub­lar.


Təd­bi­rin bə­dii his­sə­sin­də Da­ni­mar­ka "Və­tən" Cə­miy­yə­ti nəz­din­də fəa­liy­yət gös­tə­rən "Cırt­dan" uşaq ya­ra­dı­cı­lıq qru­pu­nun çı­xış­la­rı mə­ra­sim iş­ti­rak­çı­la­rı­nın bö­yük ma­ra­ğı­na sə­bəb olub və on­la­ra Fre­de­riks­berq bə­lə­diy­yə­si tə­rə­fin­dən hə­diy­yə­lər təq­dim olu­nub.


No­yab­rın 24-də Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si və Azər­bay­can Res­pub­li­ka­sı­nın İs­veç­rə Kon­fe­de­ra­si­ya­sın­da­kı sə­fir­li­yi­nin dəs­tə­yi ilə "Azər­bay­ca­nın dost­la­rı" di­as­por təş­ki­la­tı İs­veç­rə­nin Ste­in şə­hə­rin­də "Bir­lik­də bay­ram edək" şüa­rı al­tın­da təş­kil olu­nan mul­ti­kul­tu­ral fes­ti­val çər­çi­və­sin­də Azər­bay­can mə­də­niy­yə­ti­nin təq­di­ma­tı­nı ke­çi­rib.

Təd­bir­də Azər­bay­ca­nın əmək­dar ar­tis­ti, ta­nın­mış xo­re­oq­raf Ma­is Nu­ri­ye­vin rəh­bər­li­yi al­tın­da fəa­liy­yət gös­tə­rən qru­pun mil­li rəqs­lə­ri­miz­dən iba­rət çı­xı­şı ta­ma­şa­çı­lar tə­rə­fin­dən bö­yük rəğ­bət­lə qar­şı­la­nıb.


400 nə­fər­dən ar­tıq qo­na­ğın iş­ti­rak et­di­yi təd­bir çər­çi­və­sin­də ya­ra­dıl­mış və müx­tə­lif növ mil­li ku­li­na­ri­ya nü­mu­nə­lə­ri­mi­zin təq­dim olun­du­ğu Azər­bay­can sten­di­nə iş­ti­rak­çı­lar tə­rə­fin­dən bö­yük ma­raq gös­tə­ri­lib.


Qeyd edək ki, İs­veç­rə­də "Bir­lik­də bay­ram edək" şüa­rı al­tın­da ənə­nə­vi ola­raq təş­kil olu­nan fes­ti­val bu öl­kə­də ən ta­nın­mış mul­ti­kul­tu­ral təd­bir­lər­dən­dir.


Ye­kun­laş­dı­ra­raq de­yə bi­lə­rik ki, son il­lər di­as­por təş­ki­lat­la­rı bey­nəl­xalq aləm­də Azər­bay­can mə­də­niy­yə­ti­nin təb­li­ği is­ti­qa­mə­tin­də da­vam­lı iş apa­rır­lar. Bu­nun nə­ti­cə­si­dir ki, Azər­bay­can mə­də­niy­yə­ti bey­nəl­xalq miq­yas­da ta­nı­nır və mil­li-mə­nə­vi ir­si­mi­zə ma­raq il­dən-ilə ar­tır.


Mu­rad MƏM­MƏD­Lİ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND