Parisdə toqquşmalarda 43 nəfər yaralanıb

05.01.2019 23:26
106
Parisdə toqquşmalarda 43 nəfər yaralanıb

Fransanın paytaxtı Parisdə "sarı jiletlər" hərəkatının etiraz aksiyası zamanı 50-yə yaxın aksiyaçı saxlanılıb.


Ekspress.az Fransa mətbuatına istinadla verir ki, Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, “sarı jiletlər” aksiyasının səkkizinci mərhələsində 50 min aksiyaçı iştirak edib. Parisdəki aksiyaya 3500 insan qatılıb. Aksiya çərçivəsində bir çox şəhərlərdə polis və aksiyaçılar arasında toqquşma olub. Polis 50-yə yaxın aksiyaçını saxlayıb. Qarşıdurmalarda 5-i polis olmaqla 38 nəfər yaralanıb.


Aksiyaçılar bəzi nazirliklərə hücum etmək istəyiblər. Daxili işlər naziri K.Kastaner hər kəsi ölkə qanunvericiliyinə riayət etməyə çağırıb.


Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND