Türkiyə iqtisadiyyatında böyümə zəifləyir

11.03.2019 12:51
212
Türkiyə iqtisadiyyatında böyümə zəifləyir

Türkiyə Statistik Komitəsinin (TÜİK) məlumatına görə, Türkiyə iqtisadiyyatı 2018-ci ildə 2,6% böyüyüb. Proqnoza əsasən, illik artım 2% olmalı idi. 

 

2018-ci ildə Türkiyənin aqrar sektoru 1,3%, sənaye sektoru 1,1%, xidmətlər sektoru 5,6% böyüyüb, inşaat sektoru isə 1,9% daralıb. 

 

2018-ci ildə adambaşına ÜDM cari qiymətlərlə 45 463 TL, ABŞ dollarında isə 9 632 Dollar olaraq hesablanıb (marja).


İqtisadiyyat keçən ilin son rübündə 3% kiçilib. Bu, 2.5%-lik proqnozdan çoxdur.

 

2018-ci ilin dördüncü rübündə kənd təsərrüfatı sektoru 0,5%, sənaye sektoru 6,4%,tikinti sektoru 8,7%, xidmət sektoru isə 0,3% kiçilib.


Ekspress.az

Açar sözlər: