Akrobatika yığmamız qızıl medal qazanıb

26.05.2019 18:48
63
Akrobatika yığmamız qızıl medal qazanıb

Azərbaycanın "Aero dance" üzrə böyüklərdən ibarət komandası Bakıda keçirilən akrobatika üzrə Avropa çempionatında qızıl medal qazanıb.


Tərkibi Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayevadan ibarət kollektiv finalda 17,800 bal toplayıb (report).


Qeyd edək ki, Avropa çempionatında 22 ölkədən 333 gimnast çıxış edib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND