Gürcüstanda metallurqlar etiraz aksiyası keçiriblər

16.05.2019 11:04
105
Gürcüstanda metallurqlar etiraz aksiyası keçiriblər

Gürcüstanın Rustavi şəhərində metallurgiya zavodunun işçiləri etiraz aksiyası keçiriblər.


İştirakçılar əmək haqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.


Yüzə yaxın işçinin qatıldığı aksiyanın əsas tələbi əmək haqlarının 1000 lariyə qədər artırılması və iş saatının 12 saatdan 8 saata qədər azaldılmasından ibarət olub (report).


İşçilər zavod rəhbərliyi ilə görüş keçiriblər. Rəhbərlik hazırkı mərhələdə onların tələblərinin yerinə yetirilməsinin mümkün olmadığını bildirib.


Zavod əməkdaşları tələbləri yerinə yetirilməyənə qədər etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND