3 yaşlı Zəhranı qaçıran şəxs barədə məhkəmə QƏRAR VERDİ

07.06.2019 18:44
145
3 yaşlı Zəhranı qaçıran şəxs barədə məhkəmə QƏRAR VERDİ

Məhkəmə Sabunçu rayonunda azyaşlını qaçırmaqda şübhəli bilinən qadın barəsində qərar verib.


Ekspress.az xəbər verir ki, bu gün keçirilən prosesdə Masallı rayon sakini 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib.


Sözügedən xəbəri Sabunçu rayon məhkəməsindən Unikal.org-a təsdiqləyiblər.

Hadisənin təfərrüatları və Zəhranın hansı şəraitdə itkin düşdüyünü müəyyən etmək istiqamətində müvafiq olaraq istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND