10 il əvvəl oğurlanan pulqabı yiyəsinə qaytarılıb - MARAQLI

24.05.2019 12:48
126
10 il əvvəl oğurlanan pulqabı yiyəsinə qaytarılıb - MARAQLI

Britaniyanın Kardiff şəhərində kişi qadından 10 il əvvəl oğurlanan pulqabını özünə qaytarıb.


Bu barədə “Daily Mail” yazır.


2009-cu ildə 18 yaşlı Bekka Milsom soyulub: o, iti ilə gəzdiyi vaxt maşınının şüşəsi sındırılıb, avtomobildən pulqabısı götürülüb, hadisənin şahidləri oğrunu tuta bilməyiblər. Qadın oğurlanan pulqabısının nə vaxtsa qaytarılacağına ümid etməyib.


10 il sonra qadının atasının ünvanına bağlama gəlib. Onda oğurlanmış pulqabı və sənədlər olub. Yanında isə Corc adlı birinin Milsonun əşyalarını Kardiffdə otluqda tapdığı yazılan qeyd olub (oxu.az). Adam zarafatca onun kredit kartlarının artıq, yəqin ki, işləmədiyini yazıb.


“Bu, mənə dünyada yaxşı insanların olduğunu göstərdi. Pulqabımın qaytarıldığına çox sevindim”, - Milson deyir və Corcu tapıb ona təşəkkür etmək istəyir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND