Növbəti sürət qatarı Bakı-Qəbələ arasında işə düşəcək

29.12.2018 12:29
781
Növbəti sürət qatarı Bakı-Qəbələ arasında işə düşəcək

"Növbəti sürət qatarı Bakıdan Qəbələyə işə düşəcək"


Ekspress.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.


Sədr bildirib ki, növbəti sürət qatarı Qəbələ və Yalamaya olacaq: "Artıq Bakı-Yalama dəmir yolunun tikintisi üçün tender elan olunub. Tikintinin iki il müddətinə başa çatması nəzərdə tutulub. Bakı-Yalama istiqamətində tikinti digərlərindən daha möhtəşəm olacaq. Bu dəmir yolunda yeraltı və yerüstü keçidlər nəzərə alınıb, təhlükəsizlik baxımından tədbirlər görüləcək. İlkin olaraq Bakı-Qəbələ sürət qatarının istifadəyə verilməsi nəzərdə tutulub. Çünki Qəbələ stansiyası Bakı-Ləki dəmir yolunun üzərindədir. Ləkidən Qəbələyə hazırda dəmir yolunun tikintisi gedir. 2019-cu ilin axırına qədər Bakı-Qəbələ sürət qatarının işə düşməsi planlaşdırılır".


Xatırladaq ki, bu gün Bakı-Gəncə sürət qatarı sınaq hərəkətinə başlayıb. Sabahdan sərnişinlər bu qatardan istifadə edə biləcəklər.


Ekspress.az