Pilotun ölümü övladlarından GİZLƏDİLİR - qardaşı DANIŞDI


21.08.2019 10:07
130
Pilotun ölümü övladlarından GİZLƏDİLİR - qardaşı DANIŞDI

“Uşaqlara baş verənlər hələ bildirilmir”.


Ekspress.az xəbər verir ki, bu sözləri mərhum pilot Rəşad Atakişiyevin qardaşı Nicat Atakişiyev deyib.


O qeyd edib ki, Rəşad Atakişiyev sabah saat 10:00-da 2-ci Fəxri Xiyabanda hərbi mərasimlə dəfn ediləcək:


N. Atakişiyev qəzanın necə baş verməsi ilə maraqlanmadıqlarını da vurğulayıb:


“Bizə qardaşımız lazımdır, hadisənin necə baş verməsi deyil. Ona görə də heç o haqda maraqlanmamışıq. Xahiş edirik, baş verən bu hadisə siyasiləşdirilməsin. Qanayan yaramıza duz səpilməsin”.


Qeyd edək ki, 24.07.2019-cu il, axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin dünən nəşi tapılıb. (redaktor)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND