Pa­yı­zın sif­tə­si - Qalib İBRAHİMOĞLU

24.09.2018 19:16
604
Pa­yı­zın sif­tə­si - Qalib İBRAHİMOĞLU

Bu­il­ki pa­yız ya­man gəl­di. Öl­kə­mi­zə qə­dəm ba­sar-bas­maz, bir ya­ğış yağ­dı ki, tut ucun­dan çıx gö­yə. Məm­lə­kə­ti­mi­zi ha­zır­lıq­sız haq­la­dı ya­ğış. Keç­miş ol­sun...


Rəs­mi­lə­rə nə dü­şüb ki, ya­lan­dan si­nə­lə­ri­nə dö­yüb "qor­xut­maz bu bo­ran, bu tu­fan bi­zi" de­yir­lər? Bo­ran, tu­fan de­mi­rəm, ya­ğış ya­ğan ki­mi bəl­li olur ki, an­caq is­ti ha­va­la­ra alış­mı­şıq biz. Elə pa­yı­zın ilk gü­nü pay­tax­tın su al­tın­da qal­ma­sı da bu­nun əya­ni gös­tə­ri­ci­si­dir.


Pa­yız yur­du­zu­ma qə­dəm ba­sar-bas­maz sərt üzü­nü gös­tər­di. Şü­kür edək ki, yı­ğış, ley­san cə­mi 40 də­qi­qə tök­dü. Bir az da ar­tıq yağ­say­dı, bəl­kə də ya­ğı­şın fə­sad­la­rı­nı in­di­yə­dək ara­dan qal­dır­maq­la məş­ğul idi baş­bi­lən­lə­ri­miz. Bu ba­rə­də əv­vəl­cə­dən fi­kir­ləş­sə­lər, dün­ya da­ğıl­maz ki...

Pa­yı­zın ilk ya­ğı­şı Ba­kı­nı if­lic et­di, pay­tax­tı­mız se­lə-su­ya təs­lim ol­du.


Heç be­lə ol­ma­mış­dı. Av­to­bus­la­rı, met­ro­nu be­lə su bas­dı. Hə­min gün baş ve­rən su­bas­ma ilə əla­qə­dar 7A və 7B mün­tə­zəm sər­ni­şin­da­şı­ma marş­rut xət­lə­ri üz­rə bir ne­çə av­to­bus­da tex­ni­ki na­saz­lıq ya­ran­dı.


"Ba­kı Met­ro­po­li­te­ni" də ya­ğış­dan zi­yan çə­kən döv­lət qu­rum­la­rı­nın sı­ra­sın­day­dı. Met­ro­nun "Me­mar Əcə­mi" stan­si­ya­sın­da ikin­ci ves­tü­bül­də­ki pi­ya­da ke­çi­di­ni­nin 10-15 metr his­sə­si su al­tın­da qal­dı.

Be­lə hal­lar­da rəs­mi­lər gü­na­hı bir-bi­ri­nin üs­tü­nə at­maq­da ma­hir­dir­lər. Mə­sə­lən, Ba­kı Şə­hər İc­ra Ha­ki­miy­yə­ti (har­da­sı­nız, ay Ha­cı­ba­la mü­əl­lim, be­lə mə­qam­lar­da ye­ri­niz gö­rü­nür) baş ve­rən­lə­rin bir növ tə­bii fə­la­kət sa­yıl­dı­ğı­nı de­yə­rək, bu­nun­la əla­qə­dar me­ri­ya tə­rə­fin­dən dər­hal ope­ra­tiv və tə­xi­rə­sa­lın­maz təd­bir­lər hə­ya­ta ke­çi­ril­di­yi­ni, "Azər­su" ASC, FHN, pay­tax­tın və ra­yon­la­rın tə­sər­rü­fat xid­mət­lə­ri­nin əmək­daş­la­rı, tex­ni­ka və ava­dan­lıq­la­rı sə­fər­bər olun­du­ğu­nu, ley­sa­nın fə­sad­la­rı­nın ara­dan qal­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də konk­ret təd­bir­lər gö­rül­dü­yü­nü bil­di­rir. Me­ri­ya­dan qeyd edib­lər ki, mər­kəz­də ya­ğış su­la­rı­nın fə­sad­la­rı­nın da­ha çox ol­ma­sı­nın tə­bii sə­bəb­lə­rin­dən əla­və tex­ni­ki sə­bə­bi də olub. "Be­lə ki, son dövr­lər­də pay­tax­tın mər­kəz əra­zi­lə­rin­də ti­ki­lən çox­say­lı ye­ni ti­ki­li­lə­rin da­ha da ço­xal­ma­sı, həm­çi­nin müs­tə­qil qu­rum olan "Azər­su" ASC-nin möv­cud kol­lek­tor­la­rı­nın föv­qə­la­də hal­lar­da bö­yük su küt­lə­si­nin axı­dıl­ma­sı­nın öh­də­sin­dən tam şə­kil­də gə­lə bi­lin­mə­mə­si də bu­na sə­bəb ki­mi gös­tə­ri­lə bi­lər. Hə­min gün "Neft­çi­lər" pros­pek­ti bo­yu uza­nan "Sa­hil" kol­lek­to­run­da ya­ğış su­la­rı­nın da­şın­ma­sı üçün nə­zər­də tu­tu­lan təx­li­yə xət­lə­ri­nin çox gec açıl­ma­ma­sı da əla­və prob­lem ya­ra­dıb".


"Azər­su" isə bu it­ti­ham­la­rı ya­xı­na be­lə bu­rax­mır. Baş­bi­lən­lər "Azər­su"yun sü­rət­lən­di­ril­miş iş re­ji­min­də iş­lə­di­yi­ni, təx­li­yə xət­lə­ri­nin açıl­ma­sın­da hər han­sı bir ge­cik­mə ol­ma­dı­ğı­nı and-aman edir. Hə­lə bir ca­maa­ta min­nət də qo­yur­lar ki, bəs gö­rü­lən təd­bir­lə­rin nə­ti­cə­sin­də "Sa­hil" met­ros­tan­si­ya­sı­nı su­la­rın al­tın­da qal­maq­dan xi­las edib­lər. Kə­sə­si, "Azər­su" "bü­tün qur­ğu­la­rı­mız, kol­lek­tor­lar və di­gər xət­lər tam iş­lək və­ziy­yət­də olub" de­yir.


Olan ol­du, ke­çən keç­di. İn­di dar­tış­ma­ğın, qar­şı­lıq­lı it­ti­ham­la­rın ye­ri de­yil. Növ­bə­ti be­lə hal­la­rın qar­şı­sı­nın alın­ma­sı üçün işə baş­la­ma­ğın vax­tı­dır. Nə­dən ki, si­nop­tik­lər sa­bah­dan ha­va şə­rai­ti­nin ye­nə pis­lə­şə­cə­yi ba­rə­də xə­bər­dar­lıq­lar edir­lər.


Pa­yız in­di baş­la­yıb, qar­şı­da bu­nun hə­lə ya­ğış­la­rı, ley­san­la­rı, do­lu­la­rı var. On­dan son­ra qar­lı-bo­ran­lı qış qa­pı­nı kəs­di­rə­cək. On­da da be­lə iş­lə­yə­cək­si­niz­sə, vay bu məm­lə­kə­tin ha­lı­na...

Açar sözlər: