Bu qadın 3 padşah, 12 prezident, 27 baş nazir görüb - FOTO


21.02.2019 20:37
158
Bu qadın 3 padşah, 12 prezident, 27 baş nazir görüb - FOTO

Türkiyənin Bursa şəhərinın İnegöl rayonunda yaşayan 3 padşah, 12 prezident və 27 baş nazir görən 113 yaşlı Şükriyyə Bayram prezident Rəcəb Tayyib Ərdoğanı bir dəfə görmək istədiyini söyləyib. 

 

Ekspress.az xəbər verir ki, 1906-cı ildə Sultan Əbdülhəmidin dövründə dünyaya gələn Şükriyyə Bayram yaşadığı müddətdə 3 Osmanlı padşahı ilə Türkiyə Cümhuriyyətinin quruluşundan etibarən 12 prezident ilə 27 baş nazir görməyin qürurunu yaşayır.


4 uşaq anası olan və nəvələri ilə nəticələrinin sayı 70-ə çatan 113 yaşlı qadın "Prezidentimizə Allah uzun ömür versin. O bizi yaşadır. Onu dünyaya gətirən ananın məkanı cənnət olsun. Buradan ona səslənirəm; Oğlum, dünya gözü ilə bir dəfə səni görüm. Sən də məni gör. Allah səndən razı olsun. Sənə həmişə dua edirəm" deyib. 


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND