Gömrükdə avtomobildə gizlədilən siqaretlər aşkarlanıb - VİDEO

12.02.2019 10:54
58
Gömrükdə avtomobildə gizlədilən siqaretlər aşkarlanıb - VİDEO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.


Ekspress.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, baxışdan əvvəl şifahi sorğu-sual edilən vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin yük yerində gizlədilən, üzərində "King" yazısı olan 3400 ədəd tütün məmulatı aşkarlanıb.




Ekspress.az

  • SON XƏBƏR
  • TREND