Sumqayıtın bir hissəsində işıq olmayacaq


25.03.2019 14:27
110
Sumqayıtın bir hissəsində işıq olmayacaq

Bu gün Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Bu barədə Ekspress.az -a "Azərişıq" ASC-nin mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, fasiləyə səbəb Sumqayıt Dəmiryol İdarəsinin tunel çəkilişi ilə bağlı işlərə başlamasıdır. Sumqayıt Dəmiryol İdarəsi tunel-keçid tikir. Bu səbəbdən də həmin ərazidən elektrik xətləri köçürülməlidir. Köçürülmə səbəbindən Sumqayıtın 8, 9, 10, 11, 17 və 18-ci mikrorayon ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Qeyd edək ki, fasilə müxtəlif vaxtlarda ayrı-ayrı ərazilərdə 1 saata qədər davam edəcək. "Azərişıq" ASC yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND