Daha 8 komanda 1/16-ə yüksəldi - Çempionlar Liqasında

13.12.2018 08:00
1127
Daha 8 komanda 1/16-ə yüksəldi - Çempionlar Liqasında

UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsi başa çatıb.


Ekspress.az xəbər verir ki, dekabrın 12-də keçirilən qarşılaşmalarda “Real Madird” doğma meydanda “CSKA”-ya biabırçı hesabla məğlub olub. Madridlilər qapılarında 3 cavabsız qol görüblər.

“Viktoriya Plzen” isə evdə “Roma”nı 2-1 hesabı ilə məğlub edib.

“Real Madrid” – “CSKA” 0-3

“Viktoriya Plzen” - “Roma” 2-1


G qrupu

“Real Madrid” 12

“Roma” 9

“CSKA” 7

“Viktoriya Plzen” 7


E qrupunda yel alan “Ayaks” isə doğma meydanda “Bavariya” ilə görüşüb. Komandalar hərəyə 3 qol vurublar.

Qrupda digər qarşılaşma “Benfika” - “AEK Larnaka” arasında baş tutub. Matç birincilərin 1-0 qələbəsi ilə başa çatıb.

“Ayaks” – “Bavariya 3-3

“Benfika” – “AEK Larnaka” 1-0


E qrupu

“Bavariya” 14

“Ayaks” 12

“Benfika” 7

“AEK Larnaka” 0

 

F qrupuna liderlik edən “Mançester Siti” doğma meydanda qrupun autsayderi “Hoffenhaym” (Almaniya) klubunu qəbul edib. Pep Qvardiolanın komandası almanları 2-1 hesabı ilə məğlub edərək qrupu lider kimi başa vurub.

Qrupda ikinci yer uğrunda mübarizə isə Donetskin “Şaxtyor” komandası ilə Fransanın “Lion” klubu arasında keçirilib. 1-1 hesablı heç-heçə Fransa təmsilçisini pley-offa yüksəldib.

“Mançester Siti” – “Hoffenhaym” 2-1

“Şaxtyor Donetsk” – “Olimpik Lion” 1-1

 

F qrupu

“Mançester Siti” 13

“Lion” 8

 “Şaxtyor” 6

 “Hoffenhaym” 3

 

H qrupunda yer alan “Yuventus” isə səfərdə İsveçrənin “Yanq Boyz” komandası ilə üz-üzə gəlib. Gözlənilənlərin əksinə olaraq K.Ronaldonun komandası qrupun autsayderinə 2-1 hesabı ilə məğlub olub. Ronaldo bu oyunda heç nə ilə yadda qalmayıb.


Qrupun digər oyununda isə “Valensiya” öz meydanında İngiltərə nəhəngi “Mançester Yunayted”lə qarşılaşıb. İngilisləri məğlub etməyi bacaran İspaniya təmsilçisi xallarını 8-ə çatdıraraq Avroliqada oynamaq hüququ qazanıb.

“Yanq Boyz” - “Yuventus” 2-1

“Valensiya” – “Mançester Yunayted” 2-1


H qrupu

“Yuventus” 12

“Mançester Yunayted” 10

“Valensiya”  8

“Yanq Boyz” 4


Beləliklə, bütün qarşılaşmaların nəticələrinə görə, “Bavariya”, “Ayaks”, “Mançester Siti”, “Lion”, “Real Madrid”, “Roma”, “Yuventus” və “Mançester Yunayted” klubları UEFA Çempionlar Liqasının 1/16 mərhələsinə adlayıblar.

Bundan əvvəl isə, “Barselona”, “Borussiya Dortmund”, “PSJ”, “Porto”, “Tottenhem”, “Atletiko Madrid”, “Liverpul” və “Şalke” öz adını pley-offa-a yazdırıb.


Ekspress.az

 

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND