• 8 °C Bakı
  • 3 °C Quba
  • 8 °C Gəncə
  • 8 °C Yevlax
  • 6 °C Naxçıvan

Bakcell məktəbliləri “İnternetdən təhlükəsiz istifadə” ilə tanış edir

07.01.2019 16:38
125
Bakcell məktəbliləri “İnternetdən təhlükəsiz istifadə” ilə tanış edir

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell, Azərbaycanın ilk FTTH provayderi olan ENGİNET şirkəti ilə birlikdə məktəblilər üçün İnternetdən təhlükəsiz istifadə üzrə maarifləndirmə tədbirlərini davam etdirir.


“İnternetdən təhlükəsiz istifadə” metodlarına dair növbəti maarifləndirici təlim Respublika İncəsənət Gimnaziyasının şagirdləri üçün təşkil edilib. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə icra olunan “Təhlükəsiz İnternet” layihəsi çərçivəsində təşkil olunan təlimdə Gimnaziyanın ibtidai sinif şagirdləri, valideyn və pedaqoji heyəti iştirak edib. Görüş zamanı şagirdlərə təhsilin inkişafında faydalı resurs mənbəyi olan internet mühitindəki zərərli məzmunlar barədə məlumat verilərək internetdən təhlükəsiz istifadəyə dair qaydalar izah olunub. Həmçinin şagirdlərə “Bakcell” və “ENGİNET” şirkətlərinin birgə hazırladıqları “Təhlükəsiz İnternet Paketləri” barədə geniş məlumat verilib.


Qeyd edək ki, Bakcell bir neçə il bundan əvvəl istifadəyə verilmiş və artıq 4G şəbəkəsində də fəaliyyət göstərən “Təhlükəsiz İnternet Paketləri” uşaqlar üçün internetdən istifadənin təhlükəsiz olmasını təmin edir. Bu internet paketləri və ENGİNET şirkətinin “İnternet Filtrasiya Xidməti” sayəsində Bakcell abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və istənilməyən məzmundan qorumaq imkanına malikdirlər.


“Təhlükəsiz İnternet” paketləri haqqında daha ətraflı məlumat https://www.bakcell.com/az/internet-safe-internet səhifəsinə əks olunur.


***


Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.


Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.


7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Bestin Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib


Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.


Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND