Bakı metrosunda ŞOK HADİSƏ: 18 yaşlı qız intihara cəhd etdi - SƏBƏB


14.06.2019 11:08
389
Bakı metrosunda ŞOK HADİSƏ: 18 yaşlı qız intihara cəhd etdi - SƏBƏB

Dünən axşam saatlarında “Bakı Metropoliteni”nin “Elmlər Akademiyası” stansiyasında intihara cəhd hadisəsi qeydə alınıb.


Ekspress.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, dünən 17:35 radələrində Biləsuvar rayon sakini, 2001-ci il təvəllüdlü Nazlı Yaşılxan qızı Mirzəyeva intihar məqsədilə özünü qatarın altına atmaq istəyib.


Stansiyada xidmət aparan polis əməkdaşları tərəfindən intihara cəhdinin qarşısını alınıb (big.az).


Aparılan araşdırmalar zamanı N.Mirzəyevanın sevdiyi oğlanla mübahisə etdikdən sonra bu addımı atmaq istədiyi müəyyənləşib.


Ekspress.az

Açar sözlər: