108 B nömrəli marşrut avtobusu evakuatorla toqquşub

06.01.2019 19:26
206
108 B nömrəli marşrut avtobusu evakuatorla toqquşub

Bu gün saat 17 radələrində Binəqədi-Balaxanı yolunda nəqliyyat hadisəsi baş verib. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev tərəfindən Ekspress.az-a verilən məlumata əsasən, Qazel markalı nəqliyyat vasitəsini daşıyan təxliyyə avtomobili 108 B nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusla toqquşub.


Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerinə yollanıb və araşdırmalara başlanılıb. Qəza zamanı avtobusun sürücüsü və bir nəfər sərnişin xəsarət alıb. İlkin məlumata görə hadisə təxliyyə avtomobili sürücüsünün dönmə əməliyyatını düzgün icra etməməsi səbəbindən baş verib. Hadisənin dəqiq baş vermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND