Başından xəsarət alan körpə xəstəxanada ölüb

10.10.2019 09:40
39
Başından xəsarət alan körpə xəstəxanada ölüb

Bakıda xəstəxanada 3 yaşlı uşaq dünyasını dəyişib.


Ekspress.az -ın xəbərinə görə, hadisə oktyabrın 9-da Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş verib.


Belə ki, oktyabrın 3-də Qobustan rayon sakini, 2016-cı il təvəllüdlü Rasim Muradov başın əzilmiş yaraları xəsarəti ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra yaralı əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına, oradan da Bakıda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Oktyabrın 9-da isə körpə orada ölüb.


Faktla bağlı Qobustan Rayon Prokurorluğunda araşdırılma aparılır. (report)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND