Milli mətbuatla bağlı - Mühüm addım

22.07.2019 14:52
60
Milli mətbuatla bağlı - Mühüm addım

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri milli mətbuatın tarixi, ölkənin qəzet və jurnalları, peşəkar, fəxri adlara layiq görülmüş jurnalistləri haqqında məlumatların vikiləşdirilməsində önəmli fəaliyyətə imza atıb. Bu günədək milli mətbuat mövzusunda yüzlərlə məqalə yaradılıb və əsaslı redaktə edilib.


Ekspress.az xəbər verir ki. bunu MEK-in direktor müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk söyləyib.


O bildirib ki, 2018-ci ildə mətbuat tarixinin 143-cü ildönümü ilə əlaqədar MEK-in “Vikipediya” Metodik Mərkəzi tərəfindən 143 məqalə yaradılıb.


Qeyd edək ki, MEK informasiya resurslarının birləşdirilməsi, yüksək keyfiyyətli və etibarlı informasiya istehsalçılarına çevrilməsi, “təhlükəsiz informasiya” prinsiplərinin formalaşdırılması, Azərbaycana aid informasiyanın məzmun və texniki təhlükəsizliyinin təmin edilməsi, elmi cəhətdən etibarlı istinad yeri olan informasiya bazasının yaradılması kimi məsələləri milli mətbuatla müzakirə edir, Milli Mətbuat İnformasiya blokuna davamlı şəkildə töhfə verir (axar).


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND