• AZN:
  • USD 1.7000
  • EUR 1.9649
  • RUB 0.0260
  • GBP 2.2393
  • TRY 0.2990
  • GEL 0.6355
  • Qızıl 2077
  • USD:
  • EUR 0.868
  • TRY 5.58
  • RUB 65.4
  • GBP 0.762
  • AED 3.67
  • Neft 80.26

Prezident İlham Əliyev: "Azərbaycanın maliyyə vəziyyəti sabit, makroiqtisadi vəziyyəti möhkəmdir"

10.10.2018 10:57
34
Prezident İlham Əliyev: "Azərbaycanın maliyyə vəziyyəti sabit, makroiqtisadi vəziyyəti möhkəmdir"

2018-ci ilin yanvar-sentyabr dövründə ümumi daxili məhsul istehsalı 0,8 faiz, qeyri-neft sektorunda 1 faiz artıb. Bu dövrdə sənaye istehsalında 2 faiz, qeyri-neft sənayesində isə 10,8 faiz artın qeydə alınıb.

 

İqtisadi göstəricilərlə bağlı məlumatı Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyev verib. Prezident İlham Əliyev qeyd edib ki, bu müsbət göstəricilər Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir.

Cənab Prezident iqtisadiyyatın digər sahələrində də müsbət dəyişikliklərin baş verdiyiyini bildirib: “Bildiyiniz kimi, son illərdə kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət, qayğı və dəstək göstərilir. Biz kənd təsərrüfatının ardıcıl artımını görürük. Ümid edirəm ki, növbəti illərdə bu artım daha da böyük olacaq. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. Hesab edirəm ki, bu da kifayət qədər yaxşı göstəricidir”.

 

İnflyasiyanın cəmi 2,6 faiz, əhalinin gəlirlərinin isə 9,5 faiz olduğunu söyləyən Prezident İlham Əliyev inflyasiyanın aşağı səviyyədə olmasının, il ərzində daha da düşməsinin Azərbaycanın maliyyə vəziyyətinin çox sabit və makroiqtisadi vəziyyətinin möhkəm olduğunun göstəricisi kimi qiymətləndirib.

 

Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulduğunu, bu vəsaitin 5,6 milyard dollarının qeyri-neft sektoruna yönəldildiyini deyən Cənab Prezident sərmayə qoyuluşunun itisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcəyini vurğulayıb.

 

Prezident İlham Əliyev digər iqtisadi göstəricilərin yaxşılaşdığını da qeyd edib: “Valyuta ehtiyatlarımız artır. Bu gün bizim valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb. İlin əvvəlindən bəri biz əlavə 3 milyard dollar yığmışıq. Bu, bir daha onu göstərir ki, biz öz vəsaitimizə böyük qənaətlə yanaşırıq. Həm ölkə qarşısında duran vacib məsələləri həll edirik, investisiya layihələrini, infrastruktur layihələrini icra edirik, sosial məsələlərin həllini təmin edirik, eyni zamanda, ehtiyatlarımızı da artırırıq və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Bu, bizim bundan sonra da uğurlu inkişafımız üçün çox önəmli amildir.

Doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz artıb. İxrac da təxminən bir o qədər artıb. Bu da çox müsbət haldır. Qeyri-neft ixracı isə təxminən 14 faiz artıb. Hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Bu ilin doqquz ayında ölkəmizdə 85 min daimi iş yeri açılmışdır”.

 

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND