“Sahil” stansiyası işıqsız qaldı - RƏSMİ AÇIQLAMA

20.08.2019 15:10
57
“Sahil” stansiyası işıqsız qaldı - RƏSMİ AÇIQLAMA

Bu gün metronun “Sahil” stansiyasına elektrik enerjisinin verilməsində fasilə olub.


Ekspress.az xəbər verir ki, bununla bağlı açıqlama verən “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, buna metropolitenə gələn elektrik xəttində gərginliyin düşməsi “Sahil” metrostansiyasında işıqlanma sistemi və eskalatorun fəaliyyəti dayandırılıb.


Hadisə bu gün saat 10:55 radələrində baş verib. 


Ümumilikdə metrostansiyanın işıqsız qalma müddəti 2-3 dəqiqə çəkib.


Hadisə qatarların hərəkətinə ciddi təsir etməyib və sərnişinlərlə bağlı isə hər hansı problem yaşanmayıb. (unikal)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND