Bu ölkələrə 10,5 milyon avro yardım edilir

22.07.2019 23:38
135
Bu ölkələrə 10,5 milyon avro yardım edilir

Avropa İttifaqı (Aİ) son bir ayda təbii fəlakətlərdən zərər görmüş Cənubi və Cənub-Şərqi Asiya ölkələrinə 10,5 milyon avroluq humanitar yardım edəcək.


Ekspress.az xəbər verir ki, bununla bağlı Avropa Komissiyası məlumat yayıb.


Məlumata görə, Avropa Komissiyası yeni humanitar paket yaradıb: "Bu çərçivədə Cənubi və Cənub-Şərqi Asiyanın təbii fəlakətlərdən zərər görmüş, humanitar böhran yaşandığı ölkələrinə 10,5 milyon avroluq humanitar yardım edilməsi qərara alınıb".


Qeyd olunub ki, Hindistan və Banqladeşdə musson yağışları nəticəsində meydana gələn sel və daşqınların qurbanlarına da əlavə 1,5 milyon avro göndəriləcək. Həmçinin Nepal və Filippin də bu siyahıya daxil edilib.


Avropa komissarı Kristos Stilianides bildirib ki, həmin ölkələrdə insanların düşdükləri ağır humanitar fəlakət Aİ-nin onlarla həmrəyliyini tələb edir. Təbii fəlakət bölgəsinə, ilk növbədə, içməli su, sanitar təmizlik ləvazimatları və ən zəruri qida məhsullarının çatdırılması təmin ediləcək.


Son məlumatlara görə, musson yağışları nəticəsində Hindistanda 10 milyon nəfər, Banqladeşdə isə 4 milyon adam humanitar böhranla üz-üzədir. (unikal)


Ekspress.az