İlham Əliyev ilk DOST mərkəzinin binasının açılışında iştirak edib 

09.05.2019 11:56
30
İlham Əliyev ilk DOST mərkəzinin binasının açılışında iştirak edib 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər.


Ekspress.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.


Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND