"Rəsmi boşanmışam, ikinci xanımımla hələ..." - Anar Mədətov

02.07.2019 00:02
319
"Rəsmi boşanmışam, ikinci xanımımla hələ..." - Anar Mədətov

Mahir soyadı dəyişsə də Azərbaycanda 10 milyon əhalinin 9 milyonu bilir ki, o, Anar Mədətovun oğludur.


Ekspress.az xəbər verir ki, Xəzər televiziyasında yayımlanan və Zaur Nəbioğlunun aparıcılıq etdiyi "Olduğu kimi" verlişində qonaq olan tanınmış prodüser Anar Mədətov deyib.


O, bildirib ki, Mahir "Qarabağ" futbol kamandasının hücumcusudur:" Əmrəli nə olduğunu heç özümüz də bilmirik. O, çox mühüm oyunlarda Mədətov soyadı ilə bayrağımızı yüksəkliklərə qaldırdı. Mənim boşanmadan yenidən evlənmə xəbərimi öz qohumum yayıb. Bunu təzə bilmişəm. Mənim birinci toyumda Cavanşir bəylə, Firuzə xanım oxuyub. Əgər ikinci toyum olsaydı orada kimlərin oxuduğunu hamı bilərdi. Mənim artıq 46 yaşım var. Mən bu soyadı yetərincə qorumuşam. Bəziləri kimi uşaqları 4-5 yaşında atıb, yenidən ailə qurmamışam. 22 yaşlı oğlum var. Onun qazancı bu gün məndən çoxdur. Ev və bəzi mülklərimi də onlara qoymuşam. Toy olsaydı hamı bilərdi. Bəzi qanmaz jurnalistlər yazır ki, Mahir soyadını dəyişib Əmrəli etdi. Atanın icazəsi olmadan soyad dəyişilmir. Ən azından baş məşqçi çağırıb soruşmalıdır ki, bunu sənə kim dəyişdirtdirib (big.az). Başa düşdük ki, məşqçi öz həmyerliləridir. Uğur gətirəndə Mədətov oldu, pul qazanan da Əmrəli? Mən Mahirin anası ilə rəsmi boşanmışam. İkinci xanımımla hələ rəsmi nikah olmayıb. Sadəcə dini nikah olub. Toy olmayacaq. Elə məşhur müğənnilər var ki, evlənib artıq boşanıblar da... Elələri var k, balaca uşaqlarını atıb varlı qadın alıb, ayaqlarını ciyinlərinə uzadıblar".


Xatırladaq ki, Anar Mədətovun xanımı Samirə məşhur vizajistdir. O, bacısı Aygün Abbasova ilə "Abbasova sister's" salonun sahibəsidir.


Ekspress.az