Türkiyədə boğulan ölən Ramil haqda YENİ FAKTLAR... - FOTOLAR

13.08.2019 17:40
245
Türkiyədə boğulan ölən Ramil haqda YENİ FAKTLAR... - FOTOLAR

Xəbər verdiyimiz kimi, Türkiyənin Alanya şəhərində Azərbaycan vətəndaşı Ramil Zeynalov dənizdə boğularaq ölüb.


Ekspress.az xəbər verir ki, 24 yaşlı Ramil bu ilin yayında dostu ilə Türkiyəyə işləmək üçün gedib. 24 yaşlı gənc əvvəlcə Alaniyada yerləşən “Dinner” otelində aşpaz kimi çalışıb. O, daha sonra iş yerini yaxınlıqda yerləşən restoranların birinə dəyişib.


Bazar günü istirahətindən istifadə edən Ramil, dənizə çimməyə yollanıb. Azərbaycanlı gənc Dimçayla Aralıq dənizinin birləşdiyi yerdə boğularaq ölüb. Onun cənazəsinin avqustun 16-dək Bakıya göndəriləcəyi bildirilir.


Qeyd edək ki, ötən ayın 29-da 24 yaşını qeyd edən Ramil Zeynalov Laçın rayonundan məcburi köçkün olub. O, ailəsi ilə birlikdə Bakının Hövsan qəsəbəsində məskunlaşıb. İmkansız ailənin övladı olduğu bildirilən Ramilin bir bacısı var.


Türkiyədə boğularaq ölən 24 yaşlı Ramil haqda YENİ FAKTLAR... - FOTOLARTürkiyədə boğularaq ölən 24 yaşlı Ramil haqda YENİ FAKTLAR... - FOTOLAR

(qafqazinfo)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND