İstefa verən deputata görə növbədənkənar seçki keçiriləcəkmi?


01.10.2019 15:03
68
İstefa verən deputata görə növbədənkənar seçki keçiriləcəkmi?

Xəbər verdiyimiz kimi Milli Məclisin deputatı Rəfael Cəbrayılov deputat mandantından imtina edib. Milli Məclisdə Rəfael Cəbrayılovun boş qalan yerinə növbədənkənar seçki keçirilə bilərmi?


Bununla bağlı deputat Cavid Osmanov bildirib ki, Azərbaycan qanunvericiliyinə görə 6 ay vaxt qalıbsa boş yerlərə növbədən kənar seçki keçirilməsi mümkündür: "Bilirsiniz ki, hazırda Milli Məclisdə bir neçə yer boşdur. Mehriban xanım Əliyeva vitse-prezident oldu. Bundan əlavə, bir neçə deputatlarımız mərkəzi icra orqanların rəhbəri təyin olunub. O cümlədən, Astan Şahverdiyev də vəfat edib. Növbədənkənar seçkilərin keçirilməsi məsələsinə Mərkəzi Seçki Komissiyası qərar verməlidir. Əlbəttə, bunun üçün öncə cənab prezidentimizin sərəncamı olmalıdır. Amma nəzərə alaq ki, növbəti il artıq parlament seçkiləri keçiriləcək. Bir il vaxt qaldığına görə düşünürəm ki, növbədənkənar seçkilər keçirilməyəcək. Növbəti ildən artıq qanunvericiliyə uyğun olan bütün boş dairələr üzrə seçkilər keçiriləcək". (big)


Ekspress.az