Zülfüqar Mikayılov azadlığa buraxılıb

17.03.2019 14:19
242
Zülfüqar Mikayılov azadlığa buraxılıb

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində icra olunub.


Ekspress.az -ın məlumatına görə, tədbirdə Penitensiar xidmətin Təşkilat-nəzarət idarəsinin rəisi Vüqar Abışov, cəzaçəkmə müəssisəsinin rəisi Mehman Əliyev, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, hüquq müdafiəçisi Səadət Bənənyarlı də iştirak ediblər.


Bu həbsxanadan 1 nəfər - Nardaran hadisələrinə görə həbs edilmiş Zülfüqar Mikayılov azadlığa buraxılıb. Əfv olunaraq azadlığa buraxılan şəxsə arayış təqdim olunub.


Qeyd edək ki, Z.Mikayılov 2015-ci ildə Nardaran hadisələrinə görə həbs olunmuş və 17 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, sərəncam, ümumilikdə, 431 nəfərə şamil ediləcək.


Ekspress.az

Açar sözlər: