Əhalinin bank əmanətlərinin dollarlaşma səviyyəsi 58,4%-dək azalıb

07.06.2019 21:10
102
Əhalinin bank əmanətlərinin dollarlaşma səviyyəsi 58,4%-dək azalıb

2019-cu ilin yanvar-aprel aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 4,1% – 8 mlrd. 715 mln. manatadək azalıb. Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.


Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 2,7% - 5 mlrd. 93,9 mln. manatadək və ya bütün əmanətlərin 58,4%-i səviyyəsində azalıb (2018-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 62,5% təşkil edib).


2019-cu ilin yanvar-aprel aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 15,2% - 3 mlrd. 621,1 mln. manatadək (bütün əmanətlərin 41,6%-i) artıb.

30 aprel 2019-cu il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 8 mlrd. 120 mln. manat, qeyri-rezidentlərin – 595 mln. manat təşkil edir. İlin əvvəlindən rezidentlərin əmanətlərinin həcmi 6,7% artıb, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 22,1% azalıb (“İnterfaks-Azərbaycan”).


Mayın 1-nə banklarda əmanət və depozitlərin həcmi 22 mlrd. 132 mln. manat təşkil edir ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 1,2% çoxdur.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND