Rusiya, Türkiyə və İran Prezidentləri Soçidə görüşəcək

11.02.2019 20:38
120
Rusiya, Türkiyə və İran Prezidentləri Soçidə görüşəcək

Fevralın 14-də Soçidə Suriya münaqişəsinin nizamlanmasına dair Astana prosesinin qarantı olan ölkələrin başçılarının dördüncü üçtərəfli görüşü keçiriləcək.


Ekspress.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıqlar zamanı Suriyada vəziyyəti uzun müddətə normallaşdırmaq məqsədi ilə atılacaq birgə addımları nəzərdən keçirəcəklər (Azərtac).


Bundan əlavə, Rusiya liderinin İran və Türkiyə prezidentləri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND