BDU-nun Qazax filialının direktoru vəfat edib

12.01.2019 12:51
418
BDU-nun Qazax filialının direktoru vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin kafedra müdiri və universitetin Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əmir oğlu Əfəndiyev 66-cı yaşında vəfat edib.


Ekspress.az xəbər verir ki, V.Əfəndiyev 1987-1991-ci illərdə Geologiya-coğrafiya fakültəsində dekan müavini, 1991-1999-cu illərdə yeni yaradılan Coğrafiya fakültəsinin dekanı vəzifəsində çalışıb. 1999-2004-cü illərdə BDU-nun qiyabi və axşam təhsili üzrə prorektor, 2004-2011-ci illərdə isə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində işləyib. Daha sonra BDU-nun Qazax filialına direktor təyin edilib.


Allah rəhmət eləsin!

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND