“Azərsığorta”: fəaliyyətimizi bu gün tam bərpa edəcəyik

17.05.2019 17:19
196
“Azərsığorta”: fəaliyyətimizi bu gün tam bərpa edəcəyik

Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) Maliyyə Bazarlarına Nəzarət Palatasının onun fəaliyyətini məhdudlaşdırmasına münasibət bildirib.


Ekspress.az xəbər verir ki, bu barədə “Report”a şirkətin sədr müavini Aftandil Hacıyev açıqlama verib.


“Palatanın dediyi nöqsanlar artıq aradan qaldırılıb. Sadəcə, şirkətlə əməkdaşlıq edən sığorta agentlərinin imza hüququ məsələsi açıq qalıb. İcbari Sığorta Bürosuna (İSB) lazımi məlumatları təqdim etmişik və fəaliyyətimizi bu gün tam bərpa edəcəyik”, - deyə o qeyd edib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND