Gürcüstanda helikopter qəzaya uğrayıb

06.06.2019 13:08
153
Gürcüstanda helikopter qəzaya uğrayıb

Gürcüstanın Kazbegi rayonunda helikopter qəzaya uğrayıb. Qəzadan əvvəl helikopter havada yanmağa başlayıb və daha sonra yerə çırpılıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.


Helikopterin Axxot kəndindən "Rumas" ootelə doğru uçarkən Stepandsminda ərazisində qəzaya uğradığı bildirilir (APA).


Hadisə şahidləri həlak olanlar arasında otelin işçilərinin olduğu bildiriliblər. Ölənlərin kimliyi müəyyənləşdirilir.


Ekspress.az